Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb VİDEO
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub, alternativ yolu isə sel yuyub aparıb.
Pravda.az Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidən istifadə edən tibb işçiləri də çaydan keçmək məcburiyyətində qalıblar.
Əlacsız qalan sakinlər də çətinliklə yolu keçməyə çalışırlar.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli bildirib ki, alternativ yolu yenidən bərpa etməyə çalışırlar.
Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirilib ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilir.

Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb
09 May 2025 02:26
Qaradağ rayonunda silah sursat aşkarlandı
29 Aprel 2025 18:56
Sel körpünü dağıtdı
02 May 2025 03:01
Kamran Əliyev Qaradağ rayonunda qəbul keçirəcək
16 Yanvar 2025 14:28
Qubada sel körpünü uçurmuşdu...
06 May 2025 12:58

