Veşoviç Qarabağ dan ayrılmasına münasibət bildirdi: Yeni motivasiyaya ehtiyacım olduğunu hiss etdim
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir müddət əvvəl "Qarabağ"dan ayrılan Monteneqro millisinin müdafiəçisi Marko Vesoviç Ağdam klubundakı karyerasını xatırlayıb.
Sportal.az xəbər verir ki, "Vijesti" nəşrinə danışan 33 yaşlı futbolçu “Qarabağ”dan ayrılığına münasibət bildirib:
"Qarabağ"da dörd uğurlu və gözəl il keçirdim. Klubun ambisiyaları mövsümdən-mövsümə artdığı üçün çətin idi. Amma komandanın həm çempionatda, həm də avrokuboklarda nəticələri yaxşı idi. Dörd dəfə çempion olduq, demək olar ki, bir o qədər də "qızıl dubl" etdik, həm də Avropa Liqasının 1/8 finalına yüksəldik. Hər iki matçda yalnız əlavə vaxtda qol buraxaraq, mübarizədən kənarlaşdırıldıq.
Klub böyüdükcə mən də futbolçu kimi böyüdüm. Amma mənim üçün darıxdırıcı oldu. Yeni motivasiyaya ehtiyacım olduğunu hiss etdim və yoluma davam etmək qərarına gəldim. Klubdakı hər kəsə təşəkkür edirəm və onlara ən yaxşısını arzulayıram".
Veşoviç yaxın gələcəyinə də toxunub: "Çoxlu təkliflər var, amma indi mən əvvəlki mövsümlərarası fasilələrdə edə bilmədiyim istirahətdən həzz almaq istəyirəm. Yaxın 10 gün ərzində konkret danışıqların olacağını gözləyirəm. Karyeramı güclü liqada davam etdirmək istərdim, eyni zamanda ailəmlə dinc yaşaya biləcəyim Monteneqroya daha yaxın olmaq niyyətindəyəm".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















