Icma.az
close
up
RU
Səlahiyyətli nümayəndə “Cahan Sənaye Kompleksi” MMC nin fəaliyyəti ilə tanış olub

Səlahiyyətli nümayəndə “Cahan Sənaye Kompleksi” MMC nin fəaliyyəti ilə tanış olub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Fevralın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində olub, müəssisələrin fəaliyyəti və perspektiv inkişaf planları ilə tanış olub.

“Cahan Holding”in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov müəssisələrin mövcud istehsal gücü, tətbiq edilən müasir texnoloji avadanlıqlar, istehsal olunan məhsullar, həyata keçirilən marketinq tədbirləri və xarici bazarlara ixrac imkanları barədə ətraflı məlumat verib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. 

Ceyhun Cəlilov qeyd edib ki, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlar və investorlar üçün hüquqi bazanın daha əlverişli hala gətirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Qeyd olunub ki, son dövrlərdə iş adamlarının maliyyə resurslarına çıxışının genişləndirilməsi, güzəştli kredit mexanizmlərinin tətbiqi, istehsal və ixracyönümlü layihələrə dövlət dəstəyi regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.

1 yanvar 2026-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi isə bu dəstək mexanizmlərinin ən mühüm tərkib hissələrindən biridir. Bura mənfəət (gəlir), əmlak, torpaq, ƏDV (sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərin idxal əməliyyatlarına münasibətdə) və sadələşdirilmiş vergi üzrə güzəştlər daxildir. Bu qərar dövlət başçısının Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla, sahibkarlara öz bizneslərini genişləndirmək, yeni layihələr reallaşdırmaq və regionun iqtisadi inkişafına daha böyük töhfə vermək üçün geniş imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verən “Cahan Sənaye Kompleksi” MMC uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verir.

Qeyd edilib ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. 

Vüqar Abbasov bildirib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb. Ölkə başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.  

Sonda Ceyhun Cəlilov muxtar respublikada fəaliyyət göstərən sahibkarlara müxtəlif alətlər vasitəsi ilə dəstək göstərildiyini, bu dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirib və “Cahan Şirkətlər Qrupu” MMC-yə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see242

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see229

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see217

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see156

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see153

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri