Selçuk Bayraktar Lefkoşada “TECHNOFEST 2025” festivalına hazırlıq məsələlərini müzakirə edib Doğru Xəbərlər
Icma.az bildirir, Dogru.az portalına istinadən.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada “TECHNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalının təşkilat komitəsinin sədri, “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Kipr türklərinin lideri ŞKTC-də “TECHNOFEST – 2025” sərgisinin keçirilməsi təşəbbüsünə görə S.Bayraktara minnətdarlığını bildirib.
Siyasətçi qarşıdan gələn festivala hazırlığın başlanmasından da məmnunluğunu ifadə edərək, belə genişmiqyaslı tədbirin keçirilməsinə töhfə verən türkiyəli mütəxəssislərə təşəkkür edib.
E.Tatar bildirib ki, festivalın keçirilmə tarixləri iqlim şəraiti və ŞKTC-nin çoxsaylı universitetlərində tədris prosesinin təşkili nəzərə alınmaqla seçiləcək.
“Əminəm ki, “TECHNOFEST-2025” ŞKTC-nin iqtisadi vəziyyətinə müsbət töhfə verəcək və türk Kiprinin maraqlarının beynəlxalq səviyyədə təşviqinə kömək edəcək”, – deyən Prezident, həmçinin Lefkoşanın dünyada mövqeyinin gücləndiyini vurğulayıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















