Selena Qomezin anasının biznesi narkotik qalmaqalının mərkəzində
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Məşhur müğənni Selena Qomezin anası Mendi Tifi ofisdə narkotik istifadəsində ittiham olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Qomez və anası tərəfindən təsis olunan "Wondermind" startapının bir neçə anonim əməkdaşı bildiriblər ki, Mendi Tifi bəzən müəyyən preparatlardan istifadə etdikdən sonra özünü sərxoş kimi aparıb. Onlardan biri iddia edib ki, bu hallar şirkətin Nyu-Yorkdakı baş ofisində baş verib.
Mendi Tifi isə ona qarşı irəli sürülən iddiaları rədd edib: "Mən "Wondermind"ı insanlara psixi sağlamlıq sahəsində kömək etmək üçün yaratmışam. Təəssüf ki, gizlədəcəkləri məsələləri olan bəzi narazı əməkdaşlar haqqımda yalan və təhrif olunmuş məlumatlar yayırlar. Daha da məyusedici məqam odur ki, media bu cür böhtanları yaymağa hazırdır".
Qeyd edək ki, avqust ayında paparatsilər Selena Qomezi Meksikanın Kabo-San-Lukas şəhərində subaylıq yolasını qeyd edərkən görüntüləmişdilər. Müğənni yaxtada yaxın dostları ilə istirahət edirdi. Onların arasında Eşli Kuk, Rakel Stivens, Kortni Lopes və qohumu Prissilla Mari də olub.
Aydın


