Icma.az
close
up
RU
Səlim Babullaoğlu XVII Beynəlxalq Qriqore Vyeru Poeziya festivalının mükafatına layiq görülüb

Səlim Babullaoğlu XVII Beynəlxalq Qriqore Vyeru Poeziya festivalının mükafatına layiq görülüb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verildiyi kimi, Moldova və Rumıniyanın klassik şairi, Moldova azadlıq hərəkatının liderlərindən olmuş Qriqore Vyerunun adını daşıyan XVII beynəlxalq poeziya festivalı keçirilib. Rumıniyanın Yaş şəhərində start götürüb, Moldovanın paytaxtı Kişineuda davam edən festivalda Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi – şair, tərcüməçi, esseist Səlim Babullaoğlu da iştirak edib. 

Babullaoğlu XQ-yə açıqlamasında  bildirib: “Mənim festivalda iştirakımın əsas səbəbi bu idi ki, biz bu il görkəmli rumın şairi Qriqore Vyerunun “İynənin nəğməsi” adlı seçmə şeirlər kitabını nəşr etmişdik. Fevral ayında AYB-də   Moldova və Rumıniyanın Bakıdakı səfirlərinin iştirakı ilə kitabın təqdimat mərasimini keçirmişdik. Kitabın tərtibçisi, əsas tərcüməçisi və ön sözün müəllifi mən idim. Əsas tərcüməçisi ona görə deyirəm ki, kitaba  Xalq şairi Ramiz Rövşənin və Qəşəm İsabəylinin şairin daha əvvəlki tərcümələrindən də nümunələr daxil edilib. Bu, şairin yaradıcılığına geniş həcmdə ilk müraciət idi. Yeri gəlmişkən, deyim ki, kitabın tərcüməsi təklifi dostum – tanınmış iş adamı və ictimai xadim, hüquq elmləri doktoru Vüqar Novruzovdan gəlmişdi və nəşrinə də o dəstək vermişdi. Sonra isə festival gerçəkləşəndə Vüqar müəllim kitabı şairin ailəsinə, festivala təqdim etmişdi. Onlar da nəşri yüksək dəyərləndirdilər. Festivalın əsas proqramına saldılar. Orada müxtəlif nominasiyalar üzrə Qriqore Vyeru festivalının mükafatları təqdim olundu. Lauretatlar sırasında Moldova və Rumıniyanın tanınmış ədibləri, mədəniyyət xadimləri vardı, tərcümə üzrə baş mükafatı isə mənə verdilər. Təqdimetmə mərasimi festivalın ilk gününün axşamı  Kişineunun mərkəzində, “Teatrul fără nume”dəki Qala-konsertdə oldu.  

Sonra poeziya bayramı barədə danışan S.Babullaoğlu deyib: “Ümumiyyətlə, festival çox maraqlı və təntənəli təşkil olunmuşdu. Vyerunun 90 illik yubileyinin olması da festivalın təmtərağını artırırdı. Kişineunun mərkəzində “Klassiklər xiyabanı”nda şairin büstü önünə əklil qoymaqla başlayan festival, İon Kryange adına Dövlət Pedaqoji Universitetində, “Prometeu-Protalent” Yaradıcılıq və İxtiraçılıq Liseyində, Krikovada – məşhur yeraltı şərab şəhərciyində, çox müxtəlif və maraqlı məkanlarda yaddaqalan tədbirlərlə müşayiət olundu. Mən həm açılış mərasimində, həm universitetdəki tədbirdə, eyni zamanda Qala-konserdə çıxışlar etdim, şair haqqında danışdım, onun ana dilimizdə şeirlərini səsləndirdim.

Şairin oğlu və onun irsini yaşadan, eyni zamanda, festivalın rəhbəri Kelin Vyeru, görkəmli Moldova şairi, ölkəmizin dostu, akademik İon Hadırka, tanınmış şair və yazıçı Nikolae Spetaru, İqor Volnitski, Qriqore Kiper və başqa həmkarlarla maraqlı debatlarım, söhbətlərim oldu. Moldova televiziya kanallarına, radio və qəzetlərə müsahibələr verdim”. 

Nəhayət, qeyd edək ki, Moldova Elmlər Akademiyasının “Gümüş” zalında isə Elmlər Akademiyasının prezidenti, akademik İon Tiginyanu, rəyasət heyətinin üzvləri və elmi bölmələrin əməkdaşları ilə XVII “Qriqore Vyeru” Beynəlxalq Poeziya Festivalı çərçivəsində  Səlim Babullaoğlu ilə görüş də keçirilib. Akademik İon Tiginyanu Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə qonağı təbrik edib və deyib ki, bu münasibətlə Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfirinə də təbrik məktubu göndərilib. 

Görüş zamanı son zamanlar Moldova və Rumıniya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə ardıcıl tərcüməsi məsələlərindən, son 8 ildə 16 kitabın çap edilməsindən, Moldova Azərbaycanlıları Konqresi ilə səmərəli əməkdaşlıqdan danışılıb.  Mihay Eminesku, Ana Blandiana, İon Hadırka, İon Deakonesku, Arkadi Suçevyanu, Leo Butnaru, Nikolae Spetaru, İqor Volnitski, Griqore Kiperin şeir topluları və romanlarının nəşri, bu kitabların böyük əksəriyyətinin Babullaoğlu tərəfindən tərcümə, tərtib və redaktə olunduğunu, habelə “Dünya ədəbiyyatı” dərgisinin Moldova və Rumıniya ədəbiyyatı xüsusi saylarının nəşrindən söz açılıb.
Tədbirə akademik İon Hadırka, Arkadu Suçevyanu və digər natiqlər çıxışlar ediblər. 
Sonra Moldova–Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində və rumın ədəbiyyatının xaricdə təbliğində müstəsna xidmətlərinə görə Səlim Babullaoğlu akademiyanın ali mükafatlarından sayılan “Nicolae Milescu Spătărul” medalı ilə təltif edilib. 

Səlim Babullaoğlu akademiyanın prezidentinə, rəyasət heyəti üzvlərinə görüşə və təltifə görə minnətdarlıq edib, ölkələrimiz və xalqlarımız arasında ədəbi-əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Səlim Babullaoğlu şair İon Hadırkaya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini, habelə hüquq elmləri doktoru, tanınmış ictimai xadim Vüqar Novruzova Azərbaycan Yazıçılar Birliyi sədrinin, eləcə də Moldova və Rumıniyanı Azərbaycandakı səfirlərinin birgə imzaladıqları Fəxri diplomu təqdim edib.

Görüşdən sonra xatirə şəkilləri çəkdirilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri