“Selye” “Sabah” matçı üçün biletlər tükənmək üzrədi!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Məlum olduğu kimi, “Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Selye”nin qonağı olacaq. Sabah saat 22.00-da start götürəcək matç “Zdejele” stadionunda keçiriləcək. Masazır təmsilçisi Sloveniyaya azarkeşsiz yollansa da, bu ölkədə yaşayan azərbaycanlıların dəstəyindən faydalanmağa çalışacaq.
Bəs “Selye” üçün tərəfdarlarla bağlı məsələ nə yerdədi? Kollektiv 13059 tamaşaçı tutumuna malik idman qurğusunun dolu tribunaları önündə döyüşə biləcəkmi?
“Football-plus.az” bu sualın cavabını klubun rəsmi saytında tapdı: “qraflar”ın oyun üçün satışa çıxardığı biletlərin əksəriyyəti satılıb.
Şəkildən də göründüyü kimi, 24 sektordan yalnız dördünün biletləri tam satılmayıb. Bu da təxminən 11 minə yaxın biletin satılması deməkdi. Deməli, oyunun startına qədər bütün biletlərin sahibini tapacağını düşünmək olar.
Görünür, “Selye” ötən mövsüm qazandığı uğurlar və Masazırdan qələbə ilə qayıtması hesabına tribunaları dolduracaq.
Maraq üçün qeyd edək ki, biletlərin qiyməti uşaqlar üçün 7, böyüklər üçün 17 avrodu. Matç günü satılan biletlər 2 avro baha olur.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:“Selye” “Sabah” matçı bu kanalda
17 İyul 2025 10:33
Sabah Selye :
10 İyul 2025 19:23
“Qarabağ” “Çelsi” oyunu üçün biletlər tükənmək üzrədi... indi ən ucuzu 50 manatdı!
29 Oktyabr 2025 16:52
“Selye” “Sabah”la matç üçün hazırlığa başladı...
19 İyun 2025 21:28
Sabah Selye ilə bacarmadı
10 İyul 2025 23:12
Baxış sayı:112
Bu xəbər 16 İyul 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















