Icma.az
close
up
RU
Səma Abıyeva: “TikTokun əsas cəhəti hər kəsə bərabər imkan verməsidir” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Səma Abıyeva: “TikTokun əsas cəhəti hər kəsə bərabər imkan verməsidir” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Səma Abiyeva, televiziya aparıcısı, bloger, rəy öndəri və podcaster kimi tanınan, sosial medianın ən aktiv və təsirli simalarından biridir.

Televiziya ekranlarında maraqlı və faydalı çıxışları ilə yadda qalan Səma,TikTok kimi nəhəng platformada da geniş izləyici kütləsi ilə ünsiyyət quraraq, əsasən xanım izləyicilərinə lazımlı olacaq – dəb, baxım, sağlamlıq və s. kimi müxtəlif mövzuları işıqlandırır. Rəyləri və tövsiyələri ilə izləyicilərinə yeni bir perspektiv qazandıran Səma Abiyeva ilə bu müsahibəmizdə onun TikTok dünyasında necə uğur qazanmasından, platformanın auditoriyası ilə əlaqələrini necə qurduğundan və sosial medianın səmərəli istifadəsi üçün verdiyi məsləhətlərdən danışdıq.

TikTok platformasında fəal olmaq qərarına necə gəldiniz və bu platforma sizin üçün nə deməkdir?

-TikTok-un qısa video formatı mənim yaradıcılığımı daha sürətli və interaktiv şəkildə paylaşmağım üçün ideal bir platforma oldu. Həmçinin bu platformanın müxtəlif yaş kateqoriyalarındakı auditoriyalara çıxışı olduğu üçün məni yeni izləyicilərlə tanış etdi.

TikTok-da hansı mövzulara daha çox diqqət yetirirsinizvə məzmununuzu hazırlayarkən nəyə üstünlük verirsiniz?

-Əsasən öz sahəmlə əlaqəli – gözəllik, moda, sağlam həyat tərzi kimi mövzularda kontent yaradıram. Məzmun hazırlayarkən izləyicilərin praktiki olaraq istifadə edə biləcəyi faydalı məlumatlar paylaşmağa çalışıram.

TikTok izləyicilərinizin sizin məzmununuza olan reaksiyaları necədir? Onlarla necə qarşılıqlı əlaqədə olursunuz?

-Gələn reaksiyalara diqqət edirəm. Bu mənə məzunumu daha fərqli və ya ağlıma gəlməyən tərəfdən böyütməyə ideya verir. Daha gənc nəslin trendlərini, istəklərini analiz etməyimə imkan yaradır.

TikTok-da sizi digər yaradıcılardan fərqləndirən, unikal edən cəhətlər hansılardır?

-Daha çox öyrədici, maarifləndirici və life-hack tərkibli videolar paylaşıram.

TikTok-un digər rəqəmsal platformalardan fərqli olan hansı xüsusiyyətlərini bəyənirsiniz?

-TikTok-un əsas cəhəti hər kəsə bərabər imkan verməsidir. Hər hansı bir videonun virallaşması üçün çox izləyiciyə ehtiyac olmadan, sadəcə maraqlı və dəyərli kontent yetərlidir.

TikTok-da məzmun yaratmaq prosesiniz necədir? İdeyaları haradan əldə edirsiniz və nə dərəcədə öncədən planlaşdırırsınız?

-Əksər hallarda məzmunlarımı öncədən planlaşdırıram, amma bəzən spontan videolar da çəkmək yaxşı nəticə verir. TikTok mənə daha rahat, əyləncəli, anlıq məzmun yaratmağa həvəs verir. Bir çox hallarda başqa platformalarda yayımladığım videolarımı TikTok formatına salaraq yayımlayıram.

TikTok-da ən uğurlu videolarınız hansılardır və bu uğuru nəyə borclusunuz?

-Ən uğurlu videolarım, izləyicilərimə faydalı ola biləcək praktiki məsləhətlər verdiyim və onların gündəlik həyatına tətbiq edə biləcəyi tövsiyələr paylaşdığım videolardır.

TikTok-da fəaliyyət göstərən yeni yaradıcılara hansı məsləhətləri verərdiniz? Platformada necə uğurlu ola bilərlər?

-Orijinal olun və səmimi məzmun yaradın. İzləyicilər dürüstlüyü hiss edir və səmimi yaradıcılara daha çox bağlanırlar. Həmçinin, aktuallığı və trendləri izləmək də vacibdir.

TikTok-da sizi izləyənlərin həyatına necə təsir etdiyinizi düşünürsünüz? Onlara hansı dəyəri qatmaq istəyirsiniz?

-Onlara özlərini yaxşı hiss etmələri, həyat tərzlərini yaxşılaşdırmaları və gündəlik həyatlarında kiçik, amma müsbət dəyişikliklər etmələri üçün ilham vermək istəyirəm.

Gələcəkdə TikTok hesabınız üçün hansı planlarınız var? Yeni layihələr və ya məzmun növləri barədə nə düşünürsünüz?

-Gələcəkdə daha çox gənclərin marağını çəkəcək, öyrədici, ChatGPT tətbiqli, daha keyfiyyətli və praktik üsullarla yaşamağın yollarından danışmaq istəyirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri