Icma.az
close
up
RU
Səma, dəniz, torpaq...

Səma, dəniz, torpaq...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Arzuları yarımçıq qalmış stüardessa Hökumə Əliyevanın xatirəsinə

Hər ulduzun yeri var kəhkəşanlar içində,
Hər nəhrdən su vardır göy ümmanlar içində.

Böyük şairimiz Rəsul Rzanın sözləridir. Bu iki sətirdə göylərdə ulduza, dəryalarda damlaya çevrilməyi bacaran insanların metaforik obrazını yaradan şairin seçilmişləri qəsd etdiyi bəllidir. Seçilmək və nümunə olmaq. Bu, hər bəndəyə nəsib olan qismət deyil.

“...Kəlbəcər işğal olunanda o, qundaqda gələn körpələrdən olub. Bərdənin Qaradəmirçi kəndinə pənah gətirən ailə bir müddət orada yaşayıb, sonra Rusiyanın Volqoqrad vilayətinə köçüb. Hökumə Əliyeva 6-cı sinifə qədər Volqoqradda təhsil alıb, daha sonra ailəsi ilə birliktə Gəncə şəhərinə qayıdıblar. Orta məktəbi bitirib 612 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Hökumə təhsilinin magistr və doktorantura pillələrini də adlayıb. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi, az sonra stüardessa kimi fəaliyyət göstərib. Qəzadan bir müddət əvvəl imtahan vermiş, AZAL-da ixtisası üzrə – hüquqşünas kimi işə başlayacaqdı. Təəssüf ki, son uçuşu arzularını yarımçıq qoydu...”.

Bunları qəzetimizə danışan, Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev “ömrüm-günüm” deyə müraciət etdiyi xanımının gül-çiçəyi çox sevdiyindən, onun su kimi saf ürəyi, şirin sözləri üçün darıxacağını deyir: “O qədər gözəl xasiyyəti var idi ki, bilmirəm hansını deyim. Hökumə həyatımın mələyi, bələdçisi idi. Münasibətimiz çox səmimi idi, bir-birimizə arxa-dayaq olmuşuq, çətin anlarda dərdimizi bölüşmüşük. O mənim ən yaxın sirdaşım idi. Hökumənin vəfatı ilə həyat gözümdə qaraldı, ömrüm boşluğa yuvarlandı...”.

Bu məqamda Etibarın çöhrəsinə baxır və düşünürük ki, üzləşdiyi dərdin ağırlığına tab gətirməyin, belə dik durmağın, qürurla danışmağın özü də qəhrəmanlıqdır. Söhbətinə davam edir: “O xəbəri bacımdan eşitdim. Dedi ki, Hökumənin üzvü olduğu sosial qrupda təyyarənin qəzaya uğradığı yazılıb. Bunu eşidəndə dizlərim qırıldı, bir müddət özümə gələ bilmədim. Sonra hamının baxdığı o müdhiş videoları izlədim. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənim də qismətimə düşsün”.

* * *

Hökumə Əliyevanın 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində başlayan və 2024-cü il dekabrın 25-də Qazaxıstanın Manqışlaq vilayətinin Aktau şəhərində bitən ömür yolu cəsarət və vətənpərvərlik örnəyinə çevrildi. Bunu Hökumənin valideynlərinin övladları haqqında söylədikləri qürur dolu sözlərindən duymaq çətin deyildi.

Atası Cəlil Alıyev: “Hökumə uşaq ikən elə bilirdim ki, böyüyəndə xəyalpərəst olacaq. Amma zaman keçdikcə onun ağıllı və hökmlü qıza çevrildiyinin şahidi olduq. Nə deyirdisə, onu dərhal reallaşdırırdı. Özü də heç kəsin köməyinə ehtiyac duymurdu. “Hər işi bacaracam” deyir və icra edirdi. Elə bir hal olmadı ki, Hökumə qərar versin, onu başa çatdırmasın”.

Anası Kəmalə Əliyeva: “Uşaqlıq çağlarında hansısa əməli, hərəkəti məni qane etməyəndə onu qınayır, fərasətsiz olduğunu, bir işə yaramadığını, əldə-ayaqda qalacağını deyirdim. O isə bilirsiniz nə cavab verirdi? Deyirdi ki, mənə gərəkli nə varsa, onu bacaracam. Çoxlu xarici dil öyrənəcəm, alim olacam, mənimlə fəxr edəcəksən. Bir də tez-tez deyirdi ki, ana, mən məşhur adam olacam. Doğrudan da, Hökumə dediklərinin hamısını elədi. Bu gün onunla fəxr edirəm... Amma bir arzusu ürəyində qaldı. Yaxın illərdə ana olmağa qərar vermişdi...”.

Dayısı Eyvaz Əliyev: “Hökumənin güclü yaddaşı vardı. Gəncədə orta məktəbdə oxuyarkən bizdə qalırdı. Bizim uşaqlardan fərqli olaraq, o, az oxuyurdu. Ancaq oxuduqlarının hamısını yaddaşında saxlayırdı. Bir dəfə mənə dedi ki, oxuduğumu, dinlədiyimi heç vaxt unutmuram, bildiyimi təkrarlamağa ehtiyac duymuram, hərdən bəzisini təkmilləşdirirəm. Hökumə doğrudan fenomen idi”.

Təyyarənin göyərtəsində son videogörüntülərdə ölümə “endiyini” duyan sərnişinlərdən biri kəlmeyi-şəhadətini oxuyarkən Hökumə hamıya ürək-dirək verir, “hamı kəmərləri bağlasın”, “hər şey yaxşı olacaq” deyirdi. Az sonra təyyarə qəzaya uğrayacaq və bütün dünya bu qəzadan danışacaq.

* * *

...2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kşnyakin İqor İvanoviçə (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviçə (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ekipajın sağ qalan üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Yazımıza nöqtəni Hökumə Əliyevanın həmyerlisi, şair Bəhmən Vətənoğludan iqtibasla qoyuruq. Bu bir bənd şeir indi ruhları dağların zirvələrində, ümmanlarda, kəhkəşanda dolaşan bütün şəhidlərimizə ehtiramımız kimi qəbul olunsun:

Nədən biləcəklər külə dönmüşük,
Torpağa çevrilib külə dönmüşük,
Çicəyə dönmüşük, gülə dönmüşük,
Dağlarda bitmişik, nə biləcəklər.

Hökumənin işıq dolu arzuları göyərtəsində olduğu təyyarə kimi səmadan dənizin üstü ilə uçaraq torpağa endi, sonra yenidən göylərə ucaldı. Və onun əziz xatirəsi kimi çiçək arzuları da hamının gördüyü və qürur duyduğu ucalıqda əbədi qərar tutdu...

P.S. Qısametrajlı sənədli film Hökumə Əliyevanın həyatından bəhs edəcək. Çəkilişlərinə yaxın zamanlarda başlanılacağı planlaşdırılan filmin bədii rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Əməkdar incəsənət xadimi Adil Abbasovdur.

İ.HƏSƏNQALA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Fevral 2025 02:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see396

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see311

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see307

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see275

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see247

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see243

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see231

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see227

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see227

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see198

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see187

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see181

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see179

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see176

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see173

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see173

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see173

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see165

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see163

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri