Icma.az
close
up
RU
Məzar daşlarında YENİLİK: Artıq QR kodlardan istifadə olunur

Məzar daşlarında YENİLİK: Artıq QR kodlardan istifadə olunur

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Son vaxtlar texnoloji inkişaf bütün sahələrə sirayət edib və bir çox ənənələri dəyişdirib. Amma burada çox da irəli getmək lazım deyil. Bəzi sahələrdə müdaxilə həm mənasız, həm də faydasızdır".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, ölüləri rahat buraxmaq lazımdır, haqq dünyasında olanların dəb-dəbəli şeylərə ehtiyacı yoxdur, onlara fayda vermir, həmçinin həmin şəxslərin özünə də fayda gətirmir:
"Bu sadəcə bir növ şoudur. İnsan ölülərinə hörmətini saxlaya, məzarını ziyarət edə, onun adına xeyirxah işlər və dualar edə, fəaliyyətini başqalarına çatdıra bilər. Amma məzarlar üzərində, qəbiristanlıqda texniki slaydlar və şoular üçün yer yoxdur. İslamda da qəbir müəyyən müddətdən sonra sadə olmalıdır. Sadə bir daş, adı və qısa məlumat kifayətdir. Məzarlıq ziyarətləri müəyyən günlərdə aparılmalı və haqq dünyasında ölənin bağışlanması üçün dua edilməlidir".
Sosioloq bildirib ki, sosial baxımdan da bu fərqlilik yaradır:
"Bəziləri dəbdəbəli məzarları maddi imkanlarına görə edə bilir, digərlərində isə bu seçim mümkün deyil, nəticədə qıcıq yaradır. Bu, təkcə bizdə deyil, bütün digər cəmiyyətlərdə də problem deyil. Avropa və dünyanın digər ölkələrində qəbiristanlıqlar sadə, eyni qaydada və eyni daşlarla təşkil olunur".
Onun sözlərinə görə, dinə və sosial psixologiyaya uyğun olaraq, ölülərə dəbdəbəli qəbir qoymaq, texnoloji imkanlar yaratmaq lazım deyil:
"Bu həm cəmiyyətə, həm də ölən insana fayda vermir. Sadəcə, bunu edən şəxsin öz nüfuzunu göstərmək məqsədi var. Hər kəsin həyatda fəaliyyəti yaxınları tərəfindən bilinir, tanınır. Bilməyənlər üçün də mediada və sosial şəbəkələrdə məlumatlar mövcuddur. Buna görə də, hər kəsin özünün doğmasını təbliğ etməsinə ehtiyac yoxdur".
Ekspert qeyd edib ki, o, ölkədə vahid qərar qəbul olunmasının tərəfdarıdır:
"Dəfn mərasimləri və məzarlar sadə, eyni formada təşkil edilsin və bu məsələlərə nəzarət olunsun. Bu, insanlar arasında sosial bərabərliyi təmin edən bir göstərici olar. Qədimdə də belə olub. Son dövrlərdə isə bəzi şəxslər bunu dəb və şouya çevirir ki, bu normal deyil və qəbul edilməzdir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri