Icma.az
close
up
RU
Duman Səma Muğannanın hekayəsi

Duman Səma Muğannanın hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Səma Muğannanın "Duman" hekayəsini təqdim edir.

Sevgili Mətanət xanıma ithaf edirəm!

Çox uzaqda... Bəlkə də, bir kəndiri balaca barmaqları ilə tutub çətinliklə də olsa, buraxmayan əllər... O qədər kiçikdir ki, göz bəbəklərim belə onu görə bilmir. Məni görür, ağlayır, hərdən sinəmə qalxıb, balaca əlləri ilə yapışıb "Getmə! Getmə!" - deyir. Mən niyə görmürəm? Bəlkə də, duman gözlərimi toz edib, görməyimi istəmir...

Qadın yavaşca irəliyə addım atdı. Duman onu səslədi:

- Eşidirsən?

- Sən... Sən kimsən?

- Səsimin uğultusundan duymursan?

- Yox...

Qadın qorxaraq cavab verdi. Kimliyi bilinməyən insanın adı Dumanmış. O həqiqətən, insandır? Bəlkə, insanların gözündə, sadəcə, toz halında olan dumandır?! Uğultusu silkələyər, amma bəzən qorxaq olub qaçar.

- Qaçacaqsan, qadın?

- Kimdən?..

- Mənə cavab ver, qaçmaq istəyirsən?

- Yox!

- Bir ömürlük qaranlığa məhkum olmağı seçirsən, eləmi?

- Sən!

Duman qara lent kimi qadının saçlarından yapışıb, boğazından tutdu. Dırnaqları o qədər iti idi ki, qadının boynunda izlər qalmışdı. Dərindən bir ah çəkib, qadın: "Burax!" dediyində sovrulub gözdən itdi.

Qadın yerə diz çöküb hönkür-hönkür ağladı. Saçlarını yolub, simasından axan göz yaşlarını torpaqla yudu. Torpaq ölən dumanının parçaları idi.

Sənə toxunmadan öldüm, qadın. Nəfəsimi sıxmadan, boğazımda bağlanan kəndiri sənə dolayıb öldüm. İllərdir bu anı gözləyirdim. Tanrının sükutu məni cəzalandırmışdı. İnsanlar məni bir qara paltarlı şəxs, bəlkə, bir torpaqda çürüyən cəsəd, ya da duman bilir. Heç biri deyiləm, qadın. Sənə etdiklərim nifrətimdən deyil, mənim sevgiyə ehtiyacım var, qadın! Ruhumda doğulub ölən duyğularımın sənin saçlarını sığalladığım kimi sevgiyə acam! Torpaq belə günahlarımı qəbul etmədiyindən mənim üstümə çirkli damlaları tökür. Yəni sən məni tanımadınmı, qadın?!

Qadın yerdən ayağa qalxıb, çılpaq ayaqları ilə irəliyə doğru addımladı. Gözlərinin altından tökülən qara torpaq, dağılmış saçlar... Saçlarının telləri hər dəfə qırılıb yerə düşdükcə qadının içindən dərin bir hayqırtı qopurdu. Titrəyən əlləri ilə addımladığında ayağının kəndirə ilişdiyini gördü. Yavaşca əyilib kəndiri əlinə aldı. Xeyli baxdıqdan sonra qəfildən sürətli addımlarla qaçmağa başladı. "Qaçmalısan!" "Qaç, qaç!" - deyə qışqıraraq ağlayırdı.

Hər addımında ayaqlarından alov çıxır, bədəninin hər zərrəsinə yayılıb, qadını kül edirdi, yalnızca əlindəki kəndirdən başqa. Ovcunda sıxdığı kəndirin bir hissəsi belə yanmamışdı.

- Dayan!

- ...

Ətrafa sükut çökdü. Qadın sağ-sola baxsa da, heç kəsi görmədi. Birdən ayağından kiminsə yapışdığını hiss etdi. Qışqırıb geri çəkildi. Göz yaşları yanaqlarından süzüldüyündə yavaşca gözlərini qırpdı. Başını aşağı əyəndə balaca pişiyin ayaqlarından yapışdığını gördü.

Nədənsə qadın qorxmamışdı, amma bu pişiyi hardansa tanıyırdı. Fəqət tanısa, nolacaq? Onun yaddaşındakılar ayağının altından bədəninə yayılan güclü alova görə kül olmuşdu.

Yavru pişik qadının ayaqlarını bərk-bərk sıxıb inildəyirdi. Qadın onu qollarının arasına alıb tumarladı. Pişiyin balaca, dolmuş gözlərindən axan damlalar qadının yanmış saçlarını islatdı. Qadın pişiyi tumarladığında onun boynunda qara lenti gördü. Təəccüblü halda pişiyə xeyli baxandan sonra qolları əsməyə başladı. Bu lent onu öldürməyə çalışan dumanın lenti idi!

Pişiyi qollarından yerə atdı. Yavru pişik inildəyərək bu dəfə qadının boynuna sarıldı. Balaca barmaqları ilə saçlarını sığallayıb ona sarıldı. Qadına irəli getməsini anlatdı.

Pişik qadının boynundan yapışıb onu buraxmadı. İrəlidə kağız parçası vardı. Qadın köhnə kağız parçasını götürüb oxumağa başladı:

Bayaq saçlarındakı alovdan mən səni qurtardım, Mətanət! Qışqıran, səni boğmağa çalışan duman mən idim! Sən "boğulmaq" "əcəlinin gəldiyini hiss etdiyin" duyğuların insanların sənə köçürüb, beynini doldurduğu fikirlərdir. Mənim mərhəmətli olub-olmamağım səndən asılıdır, qadın. Sən adın kimi mətanətlisən, güclüsən, qadın! Sənin boynuna dolandığımda da səndən kömək istəyirdim. Qaranlıqdan doğulan günəş özünü necə xoşbəxt hiss edirsə, mən də sənin qollarında o xoşbəxtliyi dadmaq istəyirdim. Sən illər öncə arzuladığın, amma heç tapmadığın övladını bu gün tapdın, qadın. O mənəm!

Qadın hönkürtü çəkib boynuna sarılan yavru pişiyi qucağına alıb doyunca öpdü. Boynundakı qara lenti çıxarıb körpüdən aşağı atdı. Qara lent ikiyə bölünüb dənizin üstündə parçalara ayrıldı...

- Səni heç vaxt buraxmayacam, mənim kövrək dumanım!

Rasim Balayev: “Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik” "Ancaq aramızda heç nə olmayıb, o evli idi" - Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini bu qıza yazıbmış Oğlanlara vacib mesaj – Bir il kef edəcəklər
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri