Icma.az
close
up
RU
Səmada dalğalanan güc: şərəfli 33 il

Səmada dalğalanan güc: şərəfli 33 il

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ölkənin hər qarışı gözəldir: qurusu da, dənizi də, səması da. Ancaq səmada dalğalanan buludları bir başqa gözəldir, bir başqa xoşdur, bir başqa əzəmətlidir. Bu əzəməti ifadə etmək üçün gərək ya səmanı sevəsən, ya da səma şahini olasan...

Azərbaycan səmasının mavi qoynunda 33 ildir ki, şahinlər ən azad formada uçur. Bu şahinlər təkcə qanad çalan quşlar deyil, ölkənin sərhədlərinin keşikçisi, müstəqilliyimizin qoruyucusudur. Onlar tufanla yarışan, ildırımla danışan, günəşlə yüksələn, buludlardan yüksəkdə durmağı bacaran qəhrəmanlardır.

1992-ci ildə qurulan Azərbaycan Hərbi Hava Qüvvələri azadlığın səmadakı simvolu kimi tarixə yazıldı. O gündən bəri Vətənin göylərində dalğalanan güc, sədaqət və hünər göstərdi. Hər bir uçuş, hər bir manevr bu torpağın toxunulmazlığını bir daha dünyaya elan etdi.

Bu illər ərzində səmamızın keşiyində dayanan igidlər mübarizə apardı, səmanın keşiyini çəkdi, düşmənə göz dağı oldu. Onların qanadları Vətənin torpağına kölgə salmadı, əksinə, o torpağın azadlıq işığını daha da parlaq etdi. Şəhid pilotlarımızın ruhu bu göylərdə yaşayır, onların qisasını alan hər bir döyüşçü, havaya qalxan hər bir təyyarə qələbənin müjdəçisinə çevrildi.

Bu gün Hərbi Hava Qüvvələrimiz regionun ən güclü hava donanmalarından birinə sahibdir. Müasir döyüş təyyarələri, çevik helikopterlər, yüksək texnologiyalı radar sistemləri ilə silahlanmış ordumuz səmanı təkcə qorumaq üçün yox, eyni zamanda düşmənin arzularını külə çevirmək üçün hazırdır.

Vətənin göylərində dalğalanan bu güc sadəcə bir hərbi birləşmə deyil, bu torpağa olan sədaqətin, qorxmazlığın və yenilməzliyin təcəssümüdür. 33 illik şərəfli yol yeni zirvələrə aparan bir yolun başlanğıcıdır. Və bu yol yalnız irəliyə, yalnız qələbəyə aparır!

Mavi səmanın keşiyində duran igidlərimizə eşq olsun!

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri