“Semaşko” xəstəxanasının qabağındakı avtobuslar niyə taksi duracağını zəbt edir? VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxt bəzi küçə və prospektlərində ictimai nəqliyyatın qaydaları pozması nəticəsində hərəkətin digər iştirakçıları çətin vəziyyətdə qalır.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda avtobus sürücülərinin nəqliyyat vasitələrini dayanacaqdan kənarda saxlaması digər avtomobillərin idarəçilərini qayda pozmağa məcbur edir.
Belə ki, rayonun Mirəsədulla Mirqasımov küçəsində 20 nömrəli marşrut xətti üçün sonuncu dayanacaq ayrılıb. Yerdə sonuncu dayanacağı işarələmək üçün uzun sarı ziqzaq xətlər də çəkilib. Lakin sürücülər avtobusları dayanacaqda yox, taksilər üçün ayrılmış, hətta işarəsi belə qoyulan duracağın qarşısında saxlayır. Bununda nəticəsində taksilər onlar üçün ayrılan duracaq əvvəzinə svetaforun altında saxlamağa məcbur olur.
Avtobus sürücüləri deyir ki, onlara taksi duracağının qarşısında saxlmaqla bağlı AYNA-dan göstəriş verilib.
Əməkdaşımız qeyd edilən ərazidəki vəziyyəti qeydə alıb. həmin videonu sizə təqdim edirik:
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















