Semaşko xəstəxanası koronavirusa görə bağlandı
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.
BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.
Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahiyyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə qoşulub.
"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb” deyə "Semaşko"dan Qaynarinfo-ya bildirilib.
Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:
"Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:264
Bu xəbər 11 Avqust 2025 04:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















