Icma.az
close
up
RU
Səməd Seyidov erməni deputata tutarlı CAVAB VERDİ

Səməd Seyidov erməni deputata tutarlı CAVAB VERDİ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrinə birgə iclas keçirməyi təklif edib.
O, Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi üzrə razılığın əldə olunması fonunda belə bir görüşün keçirilməsini vacib sayıb:

“Xalqın bilavasitə seçdiyi və onların mənafeyini qorumaq məsuliyyətini öz üzərimizə götürən deputatlar kimi rolumuzun vacibliyini vurğulamaqla yanaşı, başa düşürük ki, saziş imzalandıqdan sonra hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Ermənistan Respublikası Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komissiyasının sədri kimi mən həmkarım, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova rəhbərlik etdiyimiz qurumların birgə iclasının keçirilməsini təklif etdim.

Bu görüş sülh sazişi layihəsi və onun ratifikasiya prosesi ilə bağlı müzakirələr və fikir mübadiləsi aparmaq imkanı verəcək.

Belə bir təşəbbüs ölkələrimiz tərəfindən həyata keçirilən digər etimad quruculuğu tədbirlərini tamamlaya və regional sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Ümid edirəm ki, Azərbaycan Milli Məclisindən həmkarım müsbət cavab verəcək və biz görüşün tarixi, yeri və digər zəruri detallar barədə razılığa gələ biləcəyik. İlk görüş yeri kimi Ermənistan-Azərbaycan sərhədində yerləşən neytral zonanı nəzərdən keçirə bilərik”.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sarkis Xandanyanın təklifinə münasibət bildirib.
Səməd Seyidov Modern.az saytına açıqlamasında deyib ki, populist çıxışların yeri yoxdur:
 

"İki ölkənin delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaları mövcuddur. Bir neçə dəfə Azərbaycan Milli Məclisinin spikeri Ermənistan parlamentinin spikeri ilə görüş keçirib. Bütün bu proseslər nəzarətdə gedir. Ona görə də populist çıxışların yeri yoxdur".
 

Komitə sədri vurğulayıb ki, danışıqlar artıq sülh sazişinin mətnini formalaşdırıb, indi Ermənistan tərəfindən konkret addımlar atılmalıdır:
 

"O addımlar da konstitusiyanın dəyişidirlməsi, bununla yanaşı Minsk qrupunun ləğvi ilə bağlıdır. Ermənistan tərəfi çalışır ki, bütün imkanlarla sülh müqaviləsini tələsik imzalasın. Bunun məqsədi ikinci variantı özündə saxlamqdır. İkinci variant, yəni konstitusiya dəyişiklikləri olmasın deyə, Paşinyan tərəfindən "mən bu gün sülh sazişini imzalamağa hazıram", yaxud komitə tərəfindən "ay biz görüşməyə hazırıq" və ya hansısa deputatlar tərəfindən "gəlin, bu saat sənədi imzalayaq" kimi ifadələr səsləndirilir. Bunlar hamısı bir variantı rezervdə saxlamaq məqsədi daşıyır. O variant da Azərbaycan torpaqlarına qarşı iddiadır ki, bu da bizim tərəfimizdən qəbuledilməzdir! Ona görə papaqlarını qarşılarına qoyub oturub düşünsünlər. Kimisə görüşə çağırmaqdansa, hansısa bəyanatlar verməkdənsə, yer axtarıb imza atmaqdansa, bu məsələləri həll etsinlər, bununla da hər şey bitsin".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Mart 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri