Icma.az
close
up
RU
“Səməd Vurğunun rəhbəri (Stalini) mədh etməyi müsbət haldı, YOXSA mənfi hal?..”

“Səməd Vurğunun rəhbəri (Stalini) mədh etməyi müsbət haldı, YOXSA mənfi hal?..”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Əlisa Nicatı qoyaq bir kənara...”

“Əgər o mədh yaxşı hal olsaydı “STALİNİN EŞQİLƏ SƏN” misrası (sonradan!) dəfələrlə redaktə edilib bu günümüzə “AZADLIĞIN EŞQİLƏ SƏN” misrası kimi gəlib çıxmazdı ki...

“Axı, belə olmur. Bir tərəfdə Hüseyn Cavidin taleyinə acıyırsansa, o biri tərəfdə o taleyin müəllifinə olunan rəğbəti necə müsbət qəbul edirsən?..”

*** *** ***

Mən bu NÜANSI bir neçə dəfə də fikirlərimdə bildirmişəm... Ki, BU ƏDƏBİ MÜHİT bir çox hallarda hansı mövzunu hansı müstəvidə müzakirə etmək, hansı meyarlar əsasında şərh etmək lazımdı ONU BACARMIR... HƏTTA birmənalı şəkildə kriteriyaları BİLMİR – desəm, yanılmaram! Əzizlərim, İSTƏNİLƏN BİR ƏDƏBİ İMZANIN yazdıqlarının müzakirəsi bir ayrı müstəvidə bir ayrı meyarlarla şərh olunar(!)... şəxsiyyətinin necəliyi, şəxsi keyfiyyəti, mövqeyi İSƏ bir ayrı müstəvidə bir ayrı meyarlarla şərh olunar(!). BİR SÖZLƏ, sənətin prinsipləri, meyarları İLƏ şəxsiyyətin prinsipləri, meyarları GƏRƏK Kİ, qarışdırılmasın... qarışdırılmamalıdır da! 

GƏLİM, GÜNÜN MƏLUM MÖVZUSUNA... Bir az emosiyaları kənara qoyub, GƏLİN GÖRƏK, Əlisa Nicat nə deyir? Deyir ki, Səməd Vurğun yaltaq şair olub. Demək, ÖNCƏ BURADAN BİR MƏSƏLƏ AYDIN OLUR Kİ; Əlisa Nicat (hələ) Səməd Vurğunun yazdıqlarının ədəbi mahiyyətini YOX(!), HƏMİN DÖVRDƏKİ mövqeyini, siyasi münasibətini, siyasi proseslərə baxışını MÜZAKİRƏ EDİR. Bu AMİLLƏRİ(!) ona görə xüsusən vurğulayıram ki, BU MƏQAMDA Əlisa Nicata Səməd Vurğunun yazdıqlarından yola çıxıb CAVAB VERMƏK, (hətta ədəbi məsələlərdən söz açmaq) AĞACI BIÇAQLA KƏSMƏK CƏHDİ QƏDƏR məntiqsiz anlam daşıyır. MÖVZU ƏDƏBİ MÖVZU DEYİL! ONA GÖRƏ DƏ öncə mövzunu dəqiq təyin edib, mahiyyəti üzrə danışmaq MÜTLƏQDİR!.. 

QAYIDIM, ƏLİSA NİCATIN DEDİYİ FİKRƏ... ƏSLİNDƏ, Əlisa Nicatın gəldiyi qənaətin kökündə dayanan səbəbi HƏR KƏS təsdiq edir, AMMA keçib, gedir... Hər kəs (hətta tarix) TƏSDİQ EDİR Kİ, Səməd Vurğun rəhbəri mədh edib. Bu danılmaz faktdır. Təbii ki, o mədh HƏM DƏ həmin dövrdə Səməd Vurğunun müəyyən proseslərə mövqeyinin ifadəsi idi. Baxın, bu mövzuda ƏSAS MƏSƏLƏ də məhz budur. Doğrudumu?.. 

İNDİ Əlisa Nicatı qoyaq bir kənara... Yaxşı, gəlin görək, Səməd Vurğunun rəhbəri (Stalini) mədh etməyi müsbət haldı, YOXSA mənfi hal? Mənəvi sferada o mədhin adını nə qoyaq, nədən doğur o mədh? Axı, o mədhin FONUNDA mütləqdi ki, Stalinə pərəstiş edən şəxsin mövqeyindən, münasibətindən irəli gələn bir mahiyyət, məğz dayansın. Mütləqdi ki, dayansın! Əgər o mədh yaxşı hal olsaydı “STALİNİN EŞQİLƏ SƏN” misrası (sonradan!) dəfələrlə redaktə edilib bu günümüzə “AZADLIĞIN EŞQİLƏ SƏN” misrası kimi gəlib çıxmazdı ki... 

Axı, belə olmur. Bir tərəfdə Hüseyn Cavidin taleyinə acıyırsansa, o biri tərəfdə o taleyin müəllifinə olunan rəğbəti necə müsbət qəbul edirsən? YOX ƏGƏR, müsbət qəbul etmirsənsə, BU ZAMAN o rəğbəti necə qiymətləndirib, şərh edirsən? Onu yaz, ondan danış, insan oğlu! ... VƏ MƏN YENƏ (də!) DEYİRƏM, Səməd Vurğunun Stalini mədhinin adını mahiyyət etibarı ilə nə qoyaq? Əlisa Nicat o mədhin adını nəticə etibarı ilə yaltaqlıq qoyur VƏ ona etiraz olunur. O zaman özünüz bir qənaət qoyun ortaya. Şəxsən O MƏDH o dövrdə cəsarət idimi, ədalət idimi, bəraət idimi... nə idi? Hər nə idisə, onun şəxsiyyət müstəvisində (müsbət ya mənfi) bir adı olmalıdı, axı. NƏ İDİ O MƏDH ETMƏYİN ADI, ANLAMI?.. 

Emil Rasimoğlu, yazar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri