Icma.az
close
up
RU
Səməninin, yumurtanın mənası nədir? Novruz bayramı haqqında bilmədiklərimiz

Səməninin, yumurtanın mənası nədir? Novruz bayramı haqqında bilmədiklərimiz

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim olan bayramlardan biridir. Novruz gecə ilə gündüzün bərabərləşdiyi 21 mart tarixində qeyd olunur. Təbiətin dirilməsi ilə eyni vaxtda dostluq və ailə münasibətləri yenilənir, çünki bu günlərdə insanlar barışıb yaxınlarını və dostlarını ziyarətə gedir, hətta arada olan kin və ədavəti sevgi və xeyirxahlıq əvəz edir.

Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla dörd çərşənbə qeyd olunur.

İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi, adətən, havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür.

İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.

Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar, küləyin hesabına əmələ gəlir. Necə ki, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.

Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, yel çərşənbəsində təbiəti oyatdı, indi isə sıra torpaqdadır. Əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni-yeni adətlər əmələ gəlib və nəsildən-nəslə ötürülüb. Hazırda Azərbaycanda Novruz bayramında aşağıdakı adətlər var.

Papaq atmaq. Əsasən, gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.

Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir, hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir, əgər yaxşı söhbətlər danışılırsa, onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.

Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir. Bu adət həm Novruz bayramı günü, həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.

Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə, bu, o deməkdir ki, qız o yaşında ərə gedəcək.

Səməni cücərtmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.

Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Bu oyunda yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi.

Bir-biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridir. Təbii ki, onların da mifik və mistik anlamları var. Rəngli geyimləri, qəribə danışıq və hərəkətləri, keçmişləri çox maraqlıdır.

Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar. Yəni uşaqla böyük bir-birindən fərqlənməməlidir.

Yallı getmək. Bu rəqs Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi birlik rəqsdir. Yəni bu rəqsin mənası insanların birliyidir. Hansı bölgəmizdə adamlar arasında birlik varsa, bu rəqs orada daha çox inkişaf edib və yayılıb.

Novruz oyunları oynamaq. Məsələn, ənzəli, dirədöymə və sairə.

Novruz nemətlərinin bəzi simvolik mənaları:

Yumurta

Yumurta Həft - Sin (Yeddi nemət) süfrəsindən əlavə bayramın əsas komponentdidir və masada boyalı şəkildə görünməlidir, çünki yumurtanın daxilində olan ağ maye nütfənin (insanın yenidən doğuluşu), sarı rəng isə irqin, yəni, fərqli yaradılışın simvoludur. Üst qabığı isə səma və kosmik tağın simvoludur. Tezliklə canlanmalı, dünyaya gəlməli olan təbiətin alleqoriyasıdır.

Səməni

Təzə yetişmiş buğda cücərtilərindən hazırlanan səməni yaşıllığın və təbiətin dirilməsinin simvoludur. Eyni zamanda səməninin yaxşı bitməsi ilin məhsuldar olacağını, əks halda isə qıt olacağına nişanədir.

İydə

İydə və yarpaqları, həmçinin ətirli çiçəkləri sevgi və məhəbbət stimuludur və daha gözəl il üçün əsas şərtlərdən biridir, Zərdüştlər iydə toxumlarını kəklikotu ilə qarışdırıb Novruz masasına qoyurdular.

Sarımsaq

Sarımsaq gümrahlıq, ətraf mühitin təmizliyi və bədənin sağlamlığı ilə yanaşı, bəd gözlərdən qorunmanın simvolu kimi süfrəyə qoyulurdu.

Şərab və sirkə

Şərab sonradan İslam dininin gəlişi ilə dəyişdirilmiş versiyası sirkə, elə sarımsaq kimi ətraf mühitin təmizliyini bildirməklə yanaşı, sehr və cadunun aradan qaldırılmasını təmsil edir.

Sumaq

Sumaq Novruz süfrəsinə qoyulmuş sevgi, qəlblərin birləşməyin simvoludur.

Su

Su kimi saf olmağın, təmizliyin simvolu. İşlərin su kimi axarlı olmağına inamı bildirir.

Çörək

Xeyir-dua simvolu, bərəkət rəmzidir.

Qovurğa

Qovurğa ilaxır çərşənbədə qovurmalıq buğdadan qovrulur. Qovurğa bərəkət simvoludur. Zövqə görə qovurğaya küncüt, qoz, boranı tumu, düyü əlavə edilə bilər. Xonçaya qoz, fındıq da qoyulur.

Çərəzlər

Çərəz enerji və gücün rəmzidir.

Paxlava

Paxlava ulduz və odun simvoludur. Paxlavanın ortasına qoyulmuş fındıq dənəsi torpağa işarədir. Torpaqdan yaranmanı ifadə edir. Ümumiyyətlə, Novruz şirniyyatları əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır. Paxlava ulduz simvoludur və alimlərə görə rombu xatırladır. Romb həyat ağacının mərkəzi elementidir və ana bətninə işarədir. Mərkəzinə yerləşdirilən fındıq, qoz içi isə ana bətnində olan uşağa işarədir.

Naringi və portağal

İranda suyun içinə naringi və ya portağal atılır. Bu isə yer kürəsinin fəzada dolanmasını bildirir.

Bakıda aktyoru və arvadını öldürən hakim qarşısında: 8 maddə ilə... Bu gün Od çərşənbəsidir Məşhur aktrisa vəfat edib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri