Icma.az
close
up
RU
Öskürək haqqında bilmədiklərimiz...

Öskürək haqqında bilmədiklərimiz...

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Öskürək müstəqil xəstəlik deyil. Öskürək hər hansı xəstəliyin simptomudur və əksər hallarda orqanizmimizin qoruyucu refleksidir.

Öskürək zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərəli və yad maddələr xaric olunur. Lakin bu yalnız nəm öskürəyə aiddir. Quru və uzunsürən xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif pozulmalara səbəb ola bilər (yırtıqlar, ürək fəaliyyətinin pozulması və s.).

Öskürəyin səbləri müxtəlif ola bilər:

- kəskin respirator virus infeksiyaları (KRVİ),

- bronxit,

- bronxial astma,

- pnevmoniya (uzunsürən bəlğəmli öskürək, halsızlıq, hərarətin yüksəlməsi, iştahanın azalması, sinədə ağrılar və s.),

- traxeit və laringit,

- vərəm (öskürəkdən əlavə, halsızlıq, hərarətin 38, 0 C qədər yüksəlməsi,  gecə tərləmələri, təngnəfəslik, çəkinin azalması və s. kimi simptomlar meydana çıxır),

- haymorit (insan uzanaq vəziyyətdə olduqda haymorit zamanı haymor ciblərində yığılan irin udlağa tökülərək udlağı qıcıqlandırır ki, nəticədə öskürək əmələ gəlir),

- zökəm (səbəb haymoritdəki kimidir),

- allergiyalar,

- bəzi xroniki ürək və damar xəstəlikləri (bir çox hallarda bu zaman öskürək uzanaq vəziyyətdə xəstəni daha çox narahat edir ki, xəstə hətta yarıoturaq vəziyyətdə yatmağa məcbur olur),

- mədə xəstəlikləri (mədə reflyuksu zamanı mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə - yemək borusuna və udlağa qayıdaraq burada qıcıqlamaya səbəb olur ki, nəticədə öskürək əmələ gəlir),

- bəzi onkoloji xəstəliklər.

Bu səbəbdən öskürəyi müalicə etdikdən əvvəl onun əsas səbəbini aşkar etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra lazım olduqda həkim xəstəni digər mütəxəssislərin müayinələrinə (LOR, ftiziatr, allerqoloq, kardioloq, qastroenteroloq) göndərə bilər.

Səbəbdən asılı olaraq öskürək zamanı bəlğəmgətirici və iltihabəleyhinə preparatlar, bəzi hallarda antibiotiklər (pnevmoniya, haymorit, vərəm və s. zamanı) təyin olunur. Öskürək ürək xəstəliklərin simptomu kimi meydana çıxdıqda, xəstə kardioloqa müraciət etməlidir.

Bir çox insanlar öskürəyi ciddi simptom kimi qəbul etmir və həkimə müraciət etməyərək öskürəyi ev şəraitində xalq təbabəti üsulları ilə (süd, borjom və s.) müalicə edirlər.

Bəzən yüngül pozulmalar zamanı belə müalicə həqiqətən yaxşı nəticə verir və öskürək keçin. Lakin bəzi hallarda öskürək çox ciddi pozulmaları müşayiət edir və bu zaman  vaxtında həkimə müraciət etmədikdə insan öz sağlamlığını və bəzən hətta həyatını təhlükə altına salır.

Beləliklə, aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır:

- öskürək 2 həftədən artıq davam edir və hərarətin yüksəlməsi ilə müşayiət olunur (bu pnevmoniyanın, vərəmin simptomu ola bilər),

- öskürək boğulma tutmaları ilə, təngnəfəsliklə müşayiət olunur (bu bronxial astma, pnevmoniya, "ürək astması" və s. ola bilər),

-  bəlğəm yaşıl və ya sarı rəngdədir (bu bakterial infeksiyanın simptomudur),

- xəstənin səsi dəyişildi, xəstə qısa müddət ərzində səbəbsiz olaraq çəkisini itirib (bu onkoloji xəstəliyin simptomu ola bilər).

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri