Şəmil Sadiq: Bu müəlimlərin biliyi dərin deyil Video
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təhsil texnoloqu Şəmil Sadiqin ibtidai sinif müəllimləri ilə bağlı fikirləri müzakirələrə səbəb olub.
Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, texnoloq əksər ibtidai sinif müəllimlərinin riyaziyyat üzrə biliklərinin ürəkaçan səviyyədə olmadığını bildirib.
Şəmil Sadiq hesab edir ki, ikinci sinifdən sonra bəzi fənlər ixtisas müəllimləri tərəfindən tədris olunmalıdır:
“İbtidai sinif müəllimlərinin zəhmətini azaltmaq istəmirəm. Amma etiraf edək ki, onların riyazi bilikləri və dil bilgiləri o qədər də dərin olmur. Məncə, ibtidai siniflərdə bütün fənlərin bir müəllim tərəfindən keçirilməsi düzgün deyil. Birinci sinfi də bu formada idarə etmək olar. Amma ikinci sinifdən yuxarı şagirdlərə Azərbaycan dili, həyat bilgisi, informatika və riyaziyyat kimi fənləri ayrı-ayrı müəllimlər tədris etməlidir”.
Təhsil texnoloqu xüsusilə riyaziyyat dərslərinin tədrisi ilə bağlı fikirlərini bölüşərək yeni təklif irəli sürüb:
“Ümumiyyətlə, üçüncü sinifdən sonra riyaziyyat dərslərini ibtidai sinif müəllimləri keçməməlidir. Bəzi ibtidai sinif müəllimləri istisna olaraq riyaziyyatı yaxşı bilir və tələblərə cavab verir. Amma əksər müəllimlərin bu sahədə bilikləri ürəkaçan deyil. Bu da uşaqların bilik səviyyəsinə təsir edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 İyul 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















