Şəmkirdə 58 yaşlı kişi aldığı yanıq xəsarətlərindən ölüb YENİLƏNİB
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mayın 26-da saat 09:50 radələrində 1967-ci il təvəllüdlü şəxs ( kişi cinsi) bədən səthinin 60-70 % sahəsinin II-III dərəcəli ağır dərin termiki yanığı, II-III dərəcəli travmatik şok diaqnozları ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən şəxsin mayın 27-də saat 02:00 radələrində ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
***
12.07
Şəmkir sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alaraq ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb. 1967-cı il təvəllüdlü Namiq Qurbanovun ocağa benzin tökən zaman yanıq xəsarətləri aldığı bildirilir.
O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


