Şəmkirdə baş verən ağır yol qəzasında ölən 5 nəfərdən 3 nün FOTOsu
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən gün Şəmkirdə ağır avtomobil qəzası olub.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları hadisə yerinə cəlb olunub, yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində “VAZ-2106”nın sürücüsü və həmin avtomobildə olan sərnişin - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin “Niva” markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişinləri, Şəmkir rayon sakinləri 53 yaşlı Elşən Xudaverdiyev və 28 yaşlı Babək Hüseynov ölüb.
“VAZ-2106”da olan digər sərnişin - 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 26 Yanvar 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















