Icma.az
close
up
RU
Şəmkirdə Cəsur Vətən oğlu kitabının təqdimatı keçirilib

Şəmkirdə Cəsur Vətən oğlu kitabının təqdimatı keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Respublika Xatirə Kitabı Redaksiyası Şəmkirdə Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Babək Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində şəhidin ailə üzvləri, YAP fəalları, rayon icra hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Şəmkirin 331 sakini şəhidlik zirvəsinə ucalıb. O, Babək Namazovun öz cəsurluğu və qəhrəmanlığı ilə xüsusilə seçildiyini, “Azərbaycan Bayrağı” ordeni və 6 medalla təltif olunduğunu vurğulayıb.

Şair-publisist Rəfail Tağızadə şəhidin keçdiyi döyüş yolu barədə məlumat verib.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Mammadova “Cəsur Vətən oğlu”nun Xatirə Kitabı ilə "Bakı-Xəbər" qəzetinin birgə layihəsi çərçivəsində nəşr olunduğunu bildirib: "Kitabda Babək Namazovun vətən və yurd sevgisi, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər xarakteri öz əksini tapıb. Cəsur Qarabağ döyüşçüsünün həyat və qəhrəmanlığından bəhs edən kitabın gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi sahəsində böyük əhəmiyyət kəsb edəcəyinə ümid edirik".

Kitabın müəllifi Hikmət Məlikzadə şəhidlərinin adının əbədiləşdirilməsinin mənəvi borc olduğunu, özünün də bu sahədə az da olsa pay sahibi olduğu üçün rahatlıq tapdığını diqqətə çatdırıb.

Mərasimdə Əliyaqublu kənd məktəbinin direktoru Ziyafət Aslanova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova və başqaları Babək Namazov haqqında xatirələrini söyləyiblər.

Şəhidin valideynləri Sahman və Mehriban, əmisi Mehman və başqaları çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.

Mərasimdən sonra şəhidin Əliyaqublu kəndindəki məzarı ziyarət edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri