Icma.az
close
up
RU
Qaxda “Vətən çağırırdı…” kitabının təqdimatı olub

Qaxda “Vətən çağırırdı…” kitabının təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qax, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oktyabrın 21-də Qax rayon Heydər Əliyev Mərkəzində jurnalist Xavər Əfəndiyevanın Birinci Qarabağ, Vətən müharibəsi və antiterror əməliyyatları zamanı canlarından keçən qaxlı şəhidlərin qəhrəmanlığından, qazilərimizin, əsgər və zabitlərimizin rəşadətindən bəhs edən “Vətən çağırırdı...” kitabının təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra kitab haqqında videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova çıxış edərək, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından danışıb. Bildirilib ki, istər Birinci Qarabağ, istərsə də Vətən müharibələri və antiterror tədbirlərində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlik zirvəsinə yüksəliblər. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub.

Tədbirin aparıcıları – C.Cabbarlı adına Mərəzi Kitabxananın əməkdaşları Aytən Ziyadova və Sevinc Abakarova kitab haqqında məlumat veriblər. Kitabdakı məqalə və yazıların əsas qayəsi Qaxın igid övladlarını gələcək nəsillərə tanıtmaq, Vətən sevgisinin müqəddəsliyini onlara aşılamaqdır.

Təqdimat mərasimində çıxış edənlər kitab haqqında fikirlərini bildiriblər.

“Vətən çağırırdı...” kitabının müəllifi Xavər Əfəndiyeva çıxış edərək, kitabın hazırlanmasında, işıq üzü görməsində və təqdimat mərasiminin keçirilməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Sonda şəhidlərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına kitab hədiyyə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri