Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı

“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran Regional filialında şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abduləziz Xanəhmədoğlunun 12 sentyabr 2022-ci il tarixində düşmənin genişmiqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş gizir Nəzər Ağacəlil oğlu Əzizovun xatirəsinə həsr etdiyi “Cəsur kəşfiyyatçı” adlı kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimi giriş sözü ilə açan Muzeyin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, İkinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı. O, eyni zamanda, Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əsgərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək, qələmini daim xalqımızın dəyərlərinə, şəhidlərimizin əziz xatirəsinə həsr edən istedadlı söz ustadımız Abduləziz Xanəhmədoğlunun yeni çapdan çıxmış “Cəsur kəşfiyyatçı” kitabının bədii məziyyətlərindən bəhs etdi və  şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində faydalı olacağını vurğuladı.

Şəhid Nəzər Əzizovun anası Cəmafət Əzizova oğlunun şərəfli ömür yolunu əks etdirən poemanı yüksək qiymətləndirərək şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etməsini vurğuladı və kitabın müəllifi Abduləziz Xanəhmədoğluna, redaktoru və ön sözün müəllifi Yaqut Bahadurqızına minnətdarlığını bildirdi.

Mərasimdə şəhid anası Müşgünaz Əliyeva, Simuzər Bağıyeva, Səhər Hüseynova, Roza Qəribova, şəhid xanımı Jalə Mikayılova, Dəyirmanlı kənd tam orta məktəbin müəllimi Daşqın Veyisov, şəhidin dayısı Faiq Baxışov, şairə Yadigar Təvəkgül şəhid adına yazılan hər kəlmənin onların ailəsinə təskinlik verməsindən, hər bir vətən fədaisinin xatirəsinin belə kitablarda əbədiləşərək gələcək nəsillərə ötürülməsinə  vacibliyindən bəhs etdilər.

Tədbirdə şəhid Nəzər Əzizova həsr olunan foto və videoçarx nümayiş edildi. 

Kürdəmir rayon Mollakənd kənd tam orta məktəbinin şagirdi Behbud Alıyev, şəhər 3 saylı tam orta məktəbin şagirdləri Lamiyə Şahverdiyeva, Alisa İsmayılova, Zəhra Məmmədli poemadan parçalar səsləndirdilər.

Sonda kitabın müəllifi Abduləziz Xanəhmədoğlu muzeyin Aran filialı ilə fəal əməkdaşlığına və vətənpərvərlik mövzusunda yazdığı dəyərli əsərlərə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri Fərmanla təltif olundu. Şair  onun əməyinə göstərilən diqqət üçün muzeyin direktoru akademik Rafael Hüseynova və  tədbirin təşkilatçısı Muzeyin Xaqani Şirvani adına Aran regional filialına və iştirakçılara öz minnətdarlığını bildirdi. Sonra poemadan parçalar səsləndirən şagirdlərə də muzeyin direktoru akademik Rafael Hüseynovun imzaladığı Sertifikatlar təqdim olundu. 

Axırda “Casur kəşfiyyatçı” kitabı şəhid ailələrinə hədiyyə edildi.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri