Icma.az
close
up
RU
Cəsur Vətən oğlu” FOTOLAR

Cəsur Vətən oğlu” FOTOLAR

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Şəmkirdə Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunan kitabının təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası, YAP Şəmkir rayon təşkilatının qərərgahında Vətən müharibəsi şəhidi, XTQ giziri Babək Səhman oğlu Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimatını keçirilib. Babək Namazovun Vətən sevgisi, torpaq andı, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər əzmi geniş anlamda xarakterizə edilib.Təqdimat mərasimində şəhidin ailə üzvləri, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev YAP fəalları, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, şəhidlərimiz bizim ən uca zirvəmizdir. Şəmkir şəhidləri barədə də məlumat verən F.Vəliyev qeyd edib ki, 331 şəmkirli canını vətən yolunda qurban verib şəhidlik zirvəsinə ucalıblar. Babək Namazovun qəhrəmanlığı haqda da danışan rayon təşkilatının sədri qəhrəman şəhidimizin 6 medalla və Azərbaycan Bayrağı ordeni ilə təltif edildiyini qeyd edib.

Sonra Fəxrəddin Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun şücaəti ilə Vətən müharibəsində xalqımızı və dövlətimizi şanlı qələbəyə aparan yoldan danışıb. Adlarını zəfər tariximizə əbədi yazdıran Babək Namazov kimi qəhrəman oğulların həyat yolunun xalqımız üçün qürur mənbəyi, hər bir azərbaycanlı gənc üçün örnək olduğunu vurğulayıb.Şair-publisist Rəfail Tağızadə şəhidin keçdiyi döyüş yolu barədə məlumat verib.

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova “Cəsur Vətən oğlu”nun Xatirə Kitabı ilə "Bakı-Xəbər" qəzetinin birgə layihəsi çərçivəsində nəşr olunduğunu bildirib: "Kitabda Babək Namazovun vətən və yurd sevgisi, vətəndaşlıq missiyası və ən əsası, qorxmaz, cəsur əsgər xarakteri öz əksini tapıb. Cəsur Qarabağ döyüşçüsünün həyat və qəhrəmanlığından bəhs edən kitabın gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi sahəsində böyük əhəmiyyət kəsb edəcəyinə ümid edirik".

Kitabın müəllifi Hikmət Məlikzadə şəhidlərin adının əbədiləşdirilməsinin mənəvi borc olduğunu, özünün də bu sahədə az da olsa pay sahibi olduğu üçün rahatlıq tapdığını diqqətə çatdırıb.

Mərasimdə Əliyaqublu kənd məktəbinin direktoru Ziyafət Aslanova, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Amaliya Qəmbərova və başqaları Babək Namazov haqqında xatirələrini söyləyiblər.

Şəhidin valideynləri Sahman və Mehriban, əmisi Mehman və başqaları çıxış edərək öz minnətdarlıqlarını bildiriblər.

Mərasimdən sonra şəhidin Əliyaqublu kəndindəki məzarı ziyarət edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri