Icma.az
close
up
RU
Naxçıvanda “Sevdası Vətən olanlar” kitabının təqdimatı keçirilib AZƏRTAC

Naxçıvanda “Sevdası Vətən olanlar” kitabının təqdimatı keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 16 dekabr, AZƏRTAC

Sədərək Mədəniyyət Sarayında rayon İcra Hakimiyyətinin dəstəyi, “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin dəstəyi ilə nəşr edilən “Sevdası Vətən olanlar” kitabının təqdimatı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədr müavini Əli Əlisoy bildirib ki, qədim Naxçıvanın onlarla igid oğlu Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda canından keçib. Onların əziz xatirəsi daim yaşadılır. Hər bir şəhidin həyatı bir əfsanə, dastandır. Onlar öz igidlikləri ilə tarix yazıb tarixin özünə çevrildilər. Onların qəhrəmanlıq hekayələrinin qələmə alınması vacib amildir. Bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçrülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər. Qələmə alınan yazılar o vaxt xalqın sərvətinə çevrilir ki, o qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin.

Yaxın günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən “Sevdası Vətən olanlar” adlı kitabda igid oğullarımızın həyat hekayəsi öz əksini tapıb. “Şərq qapısı” qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın qələmə aldığı yeni nəşrdə Şərur və Sədərək rayonlarından olan Qarabağın azadlıq mübarizəsində qəhrəmanlıq göstərən şəhidlər haqqında məqalələr və ailə üzvlərinin fotoları yer alır. Kitabda 43 şəhidin həyat hekayəsi və döyüş yolu öz əksini tapıb.

Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, icra başçısının birinci müavini Səfər Hüseynov, şəhid ataları Rəhim Mədətov, Hümbət Rzayev, şəhid anası İradə Quliyeva, “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov və “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev çıxış ediblər.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Ulu Öndərin davamçısı Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalq tarix yazdı. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atıldılar. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yürüşünü Şuşada tamamlayaraq “Dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstərdilər. Onlar 1990-cı illərdə Sədərəkdə soyuq səngərlərdə günlərlə ac-susuz qalsalar da, torpağın bir qarışını belə düşmənə verməyən naxçıvanlı oğulların davamçıları olan igidlər idilər. Azərbaycan Ordusunun hər bir döyüşçüsü Vətən uğrundakı mübarizədə qəhrəmanlıq dastanı yazdı. Onların hər birinin həyatı sətirlərə çevrilib kitab halına gətirilərək xalqın sərvəti oldu.

Çıxışçılar kitabın nəşrində göstərilən dəstəyə görə təşəkkür edib, müəllifə uğurlar arzulayıblar.

Sonda “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev və müəllif “Sevdası Vətən olanlar” kitabını şəhid ana-atalarına təqdim ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri