Şəmkirdə ev yandı FOTO
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəmkirdə yanğın hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Kənd sakini 1960-cı il təvəllüdlü M.İsmayılova məxsus 200 kv metr sahəsi olan 6 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı ümumi sahəsi 200 kv.m. olan bir mərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 4 otağının yanar konstruksiyaları 160 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Baxış sayı:91
Bu xəbər 13 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















