Dünya tarixi bir qalmaqala oyandı! Bu detal milyonlarla insanı qəzəbləndirəcək
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance milyardlarla dollar dəyərində aktivlərin hədəf alındığı kiberhücumla üzləşib.
Turkustan.az xəbər verir ki, ilkin hesablamalara görə, hücumdan təsirlənən aktivlərin ümumi dəyəri 6,3 milyard dollara çatıb. Şirkət bu məbləğin təxminən 3 milyard dollarını dondurmağa nail olub.
Binance-in ilkin araşdırmasına görə, hücumçular şirkətin DevOps mühəndisi kimi çalışan əməkdaşının noutbukunu ələ keçirərək sistemə giriş əldə etmiş ola bilərlər.
Ehtimala görə, təcavüzkarlar oğurlanmış giriş imkanlarından istifadə edərək xidmət mühitinə sızıb və icazəsiz pul çıxarma əməliyyatları həyata keçiriblər.
Məlumata görə, hücumçuların kriptovalyuta cüzdanlarında təxminən 2,4 milyard dollar dəyərində Bitcoin və Ethereum saxlanılır.
Binance bildirib ki, kriptovalyuta cüzdanlarının məxfi açarlarının ələ keçirildiyini təsdiqləyən heç bir sübut aşkarlanmayıb.
Bununla belə, əməkdaşın kompüterinin necə ələ keçirildiyi və hücumun hansı texniki üsullarla həyata keçirildiyi hələlik məlum deyil. Şirkət hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 30 Oktyabr 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















