Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Şəmkirdə hər sünbül zəhmətin bəhrəsidir

Şəmkirdə hər sünbül zəhmətin bəhrəsidir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Yayın ən məsuliyyətli günləri Şəmkirin zəmilərində yaşanır desək, yanılmarıq. Səhər tezdən günəş üfüqdən boylanmamış kombaynların səsi eşidilir. Qızılı sünbüllər bir-bir biçilir, torpağın ətri təzə biçilmiş taxılın iyi ilə qarışır. Bu, bir ilin zəhmətinin bəhrəsinin toplandığı, hər dəqiqənin qiymətli olduğu günlərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli istehsalın artırılması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti Şəmkirdə də öz real nəticələrini göstərir. Respublikanın əsas kənd təsərrüfatı rayonlarından olan Şəmkirdə bu il 13 min 909 hektar sahədə taxıl əkilib. Bunun 7 min 135 hektarı suvarılan, 6 min 774 hektarı isə dəmyə torpaqlarıdır. Suvarılan sahələrdə 3 min 202 hektarda buğda, 3 min 933 hektarda arpa, əlavə olaraq 85 hektarda vələmir becərilib.

Biçinin mütəşəkkil aparılması, zəhmətlə yetişdirilən məhsulun itkisiz yığılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun müxtəlif ərazilərində biçin gedən sahələrə baş çəkib, işin gedişi ilə yerində tanış olub. Fermerlərlə söhbət edib, onların təklif və müraciətlərini dinləyib.

Sahələrdə əsas diqqət kombaynların vaxtında cəlb olunmasına, texnikanın düzgün bölüşdürülməsinə və biçin prosesində hər hansı ləngimənin yaranmamasına yönəldilib. Rayon rəhbəri bildirib ki, zəhmətlə yetişdirilən hər sünbül vaxtında yığılmalı, heç bir məhsul sahədə qalmalı deyil. Bunun üçün aidiyyəti qurumlara fermerlərin müraciətlərinə operativ baxılması, texnika təminatının fasiləsiz təşkili və yarana biləcək çətinliklərin dərhal aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Fermerlər də deyiblər ki, bu məhsul asan başa gəlməyib. Payızdan başlayan zəhmət bu gün öz bəhrəsini verir. Əkin sahələrinə vaxtında qulluq göstərilib, aqrotexniki qaydalara əməl olunub, mineral və üzvi gübrələrdən səmərəli istifadə edilib, zərərvericilərə qarşı mübarizə tədbirləri gecikdirilməyib. Elə buna görə də bu il də məhsuldarlıq ürəkaçandır.

İyul ayının əvvəlinə olan məlumata görə, rayon üzrə artıq 5 min 303 hektar sahədə biçin başa çatdırılıb. Bunun 1 442 hektarı buğda, 3 min 861 hektarı isə arpa sahələridir. Biçilən zəmilərdən indiyədək 19 min 681 ton məhsul əldə olunub. Bunun 5 min 782 tonu buğda, 13 min 899 tonu isə arpadır. Hazırda rayon üzrə orta məhsuldarlıq 40 sentner təşkil edir.

Biçin hələ davam edir. Günün istisinə baxmayaraq, kombaynlar dayanmaq bilmir. Çünki kənd adamı yaxşı bilir ki, bu gün yığılan hər sünbül sabah bişəcək çörəyin payıdır. Şəmkirin geniş zəmilərində bir ilin zəhməti, alın təri, torpağa bağlılıq və bərəkət yığılır. Elə buna görə də təzə biçilmiş taxılın ətri adamda qəribə bir rahatlıq yaradır. O ətrdə həm torpağın nəfəsi var, həm də sabah süfrələrimizə gələcək isti çörəyin müjdəsi.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see669

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see637

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see635

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see505

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see466

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see448

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see425

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see398

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see352

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see347

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see344

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see334

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see330

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see327

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see325

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see321

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see315

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see314

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see309

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see291
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri