Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəmkirdə keçmiş ərinə xəsarət yetirən qadına cinayət işi açılıb.
Lent.az-ın xəbərinə görə, hadisə gecə saatlarında onların yaşadıqları evdə baş verib.
İttiham aktına görə, 39 yaşlı Fəridə Məmmədova (şərti adla) oğlunun Rusiyada həbs olunmasına görə, həmin ölkəyə getmək istəyib. Lakin onun keçmiş əri Nəsir (şərti adla) buna razı olmayıb. Bu səbəbdən keçmiş ər-arvad arasında mübahisə yaranıb. Mübahisə zamanı Fəridə qaz sobasının üzərində olan qaşıqla Nəsirin təpə nahiyəsinə zərbə vurub. Nəticədə Nəsirin başında əzilmiş yara əmələ gəlib.
Fakt əsasında Fəridə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
İyul ayında baş tutan məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən şəxs də həmçinin Fəridəyə qarşı şikayət və tələbinin olmadığını deyib. Hər iki tərəf məhkəmədən bunları nəzərə alaraq, cinayət işinə xitam verilməsini istəyib.
Şəmkir rayon Məhkəməsinin verdiyi hökmə əsasən, cinayət işinə xitam verilib və F. Məmmədova məsuliyyətdən azad olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Sentyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















