Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Şəmkirdə uşaqlara xüsusi dəstək FOTO

Şəmkirdə uşaqlara xüsusi dəstək FOTO

Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyi əlilliyi olan şəxslərin və xüsusi dəstəyə ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların hüquq və imkanlarının təşviqi, sosial fəallığının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Doğru.az xəbər verir ki, ictimai birlik 2018-ci ildə Prezident mükafatçısı, psixoloq, üç kitab müəllifi və əlilliyi olan şəxslərin hüquqlarının fəal müdafiəçisi Mətanət Qüdsi tərəfindən təsis edilib.

Təşkilatın əsas fəaliyyət istiqamətlərinə əlilliyi olan şəxslərin sosial həyata fəal inteqrasiyasına dəstək göstərilməsi, inklüzivliyin təşviqi, maarifləndirici tədbirlərin keçirilməsi, uşaqların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi və onların ailələrinə sosial-psixoloji dəstəyin göstərilməsi daxildir.

Mətanət Qüdsinin yaratdığı missiya davam etdirilir

Mətanət Qüdsinin vəfatından sonra onun yaratdığı sosial missiyanın davam etdirilməsi məqsədilə təşkilatın fəaliyyəti ailəsi tərəfindən davam etdirilir.

2025-ci ildən etibarən “Əngəlsiz Düşüncə”yə Mətanət Qüdsinin bacısı, sosioloq Nəzrin Quliyeva rəhbərlik edir. Nəzrin Quliyeva Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin Sosiologiya fakültəsini fərqlənmə ilə bitirib.

O, təşkilatın fəaliyyətini yeni layihələrlə inkişaf etdirməklə yanaşı, Mətanət Qüdsinin illər ərzində formalaşdırdığı sosial yanaşmaların və inklüzivlik missiyasının davam etdirilməsinə xüsusi diqqət göstərir.

Uşaqlar üçün inkişaf və sosiallaşma imkanları yaradılır

İctimai birlik tərəfindən müxtəlif sosial inklüziv layihələr, təlimlər, seminarlar, maarifləndirici görüşlər, yaradıcı master-klasslar və sosial inkişaf proqramları həyata keçirilir.

Hazırda Şəmkir Gənclər Evində həyata keçirilən inklüziv layihə çərçivəsində fiziki məhdudiyyətləri və xüsusi dəstəyə ehtiyacı olan uşaqlar üçün mütəmadi inkişaf məşğələləri təşkil olunur.

Məşğələlər zamanı uşaqların yalnız yaradıcılıq bacarıqlarının deyil, həm də sosial və ünsiyyət imkanlarının inkişafına diqqət yetirilir.

Proqram çərçivəsində rəsm, dekorativ-tətbiqi sənət, kvillinq, dekupaj və art-terapiya istiqamətləri üzrə müxtəlif fəaliyyətlər həyata keçirilir. Bu məşğələlər uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasına, incə motor bacarıqlarının inkişafına, özünüifadə imkanlarının genişləndirilməsinə və özünəinamın artırılmasına xidmət edir.

Layihənin digər mühüm istiqamətlərindən biri isə uşaqların sosiallaşmasına dəstək göstərilməsidir. Birgə fəaliyyətlər və qrup məşğələləri uşaqların həmyaşıdları ilə ünsiyyət qurmasına, kollektiv mühitə uyğunlaşmasına və sosial bacarıqlarının inkişafına imkan yaradır.

Ailələrə dəstək də diqqətdə saxlanılır

“Əngəlsiz Düşüncə”nin fəaliyyətində yalnız uşaqlar deyil, onların ailələri də diqqət mərkəzində saxlanılır.

Təşkilat tərəfindən uşaqlar və ailələri üçün maarifləndirici görüşlər, fərdi və qrup fəaliyyətləri, sosial-psixoloji dəstək xarakterli tədbirlər keçirilir.

Bu yanaşma xüsusi dəstəyə ehtiyacı olan uşaqların inkişaf prosesində ailənin rolunun gücləndirilməsinə və valideynlərin qarşılaşdıqları sosial məsələlər barədə məlumatlılığının artırılmasına imkan yaradır.

İnklüziv cəmiyyət əsas məqsədlərdəndir

“Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyi hesab edir ki, hər bir insan fiziki və ya digər fərqliliyindən asılı olmayaraq cəmiyyətin tamhüquqlu üzvü kimi yaşamaq, bərabər imkanlardan yararlanmaq və hörmət görmək hüququna malikdir.

Təşkilatın fəaliyyətinin əsas fəlsəfəsi də məhz bu prinsiplər üzərində qurulub. Məqsəd əlilliyi olan şəxslərin və xüsusi dəstəyə ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına mane olan sosial baryerlərin aradan qaldırılmasına töhfə vermək, onların potensialının üzə çıxarılmasına şərait yaratmaq və inklüzivlik anlayışının cəmiyyətdə daha geniş yayılmasına dəstək olmaqdır.

İctimai birlik bundan sonra da müxtəlif layihə və təşəbbüslər vasitəsilə sosial inklüzivliyin inkişafına, uşaqların və əlilliyi olan şəxslərin sosial həyatda daha fəal iştirakına, onların yaradıcılıq və şəxsi inkişaf imkanlarının genişləndirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyur.

“Əngəlsiz Düşüncə”nin fəaliyyəti bir daha göstərir ki, inklüziv cəmiyyət yalnız fiziki əlçatanlığın təmin olunması ilə məhdudlaşmır.

Burada əsas məqsəd hər bir şəxsin özünü cəmiyyətin bərabərhüquqlu və dəyərli üzvü kimi hiss edə bilməsi, təhsil, inkişaf, yaradıcılıq, ünsiyyət və sosial həyatda iştirak üçün real imkanlara sahib olmasıdır.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://dogru.az
archiveBu xəbər 22 Avqust 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri