Şəmsi Səmədzadə Özbəkistanda həbs olundu
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir müddət əvvəl əfv sərəncamı ilə ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilən keçmiş iş adamı Şəmsi Səmədzadə həbs olunub.
Bu barədə “Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir.
Məlumata görə, bir müddət əvvəl Özbəkistana köçən Şəmsi Səmədzadə orada həbs olunub.
Onun həbsinə səbəb isə dələduzluqda ittiham olunmasıdır.

Şəmsi Səmədzadə Özbəkistanda həbs olundu
08 Dekabr 2024 14:14

