Icma.az
close
up
RU
Sən artıq uduzdun, Putin!.. Üzr istəməyinin də heç bir faydası yox...”

Sən artıq uduzdun, Putin!.. Üzr istəməyinin də heç bir faydası yox...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bundan sonra nə edəcəksən? Zorla özünü gürcülər, ermənilər kimi Azərbaycan xalqına da lider kimi sırımağa çalışacaqsan? Yoxsa bizlərə qarşı da “denasifikasıya”, “demılitarizasiya” həyata keçirəcəksən, təzədən “37” repressiyaları keçirəcəksən?..”

“Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır...”  (Qurani-Kərim, Ali İmran surəsi, 54-cü ayə).

"Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir”... (, Ali İmran, 94)

-FİKİR SAVAŞI...-

...Dünən 11-12 radələrində uzun yoldaydım... Yol boyu Rusiya və onun əlaltılarının səbəb olduğu uçaq faciəsi haqda düşünərkən qəflətən beynimə gəldi ki, bu “çekist” Putin “müttəfiq ölkə” kimi hiyləgərcəsinə Azərbaycan rəhbərinə zəng edib üzr istəyə bilər... Amma bunun da faydası olmayacaq... Qərara gəldim ki, evə çatan kimi bu haqda fikirlərimi ya “Facebook”da, ya saytda yazım... Çatandan az sonra xəbərlərə baxanda ehtimalımın doğrulduğunu gördüm...

Bəli, öz səsi ilə eşitməsək də, Kremlin rəsmi məlumatına görə, Putin Azərbaycan rəhbərinə üzrxahlıq etdi. Amma təyyarəmizin necə vurulduğunu etiraf etmədən, heç bir məsuliyyət üzərinə götürmədən... Sən nəinki Azərbaycan prezidentindən, bütövlükdə Azərbaycan xalqından üzr istəməli idin, özü də öz dilində desək, “publiçni”, yəni televiziya çıxışı vasitəsilə, Putin... Üstəlik, uçağımızın Rusiya səmasında sənin hərbi qulluqçular tərəfindənnvurulduğunu etiraf edərək, məsuliyyəti üzərinə götürərək, təyyarənin yaxınlıqdakı azı 5 hava limanına yox, məhz dənizin o tayına- Qazaxıstana “sürgün” edilməsinə səbəb olanların cinayət məsuliyyətinə cəlb ediləcəyini və dəyən ziyana görə rəhmətə gedənlərin və sağ qalanların, yaralıların ailə üzvlərinə yetərincə məbləğdə kompensasiya ödəniləcəyinə söz verməli idin...

Bunların heç birini etmədin... Və elə bilirsən ki, Azərbaycan xalqı səni bağışladı... Xeyr, sən artıq uduzdun, Putin! Üzr istəməyinin də faydası yox. Hətta bundan sonra yalvarıb bağışlanmağını diləsən, cinayəti boynuna alıb kompensasiya ödəsən də faydası yoxdur... Çünki sərnişin dolu uçağımıza qarşı son davranışınla Rusiya imperiyasının şovinist, iyrənc, faşist simasını bir daha  xalqımıza və bütün dünyaya göstərdin... Lap tutaq ki, "sübut elədin" ki, təyyarəmiz quş dəstəsi ilə toqquşub, yaxud işəridə "oksigen balonu partlayıb". Bəs onda təyyarəmizin ətrafdakı aız 5 normal hava limanına endirilməsinə niyə icazə verilməyib. Bunu yalnız dispetçerlərin də üzərinə yıxa bilməzsən. Çünki onlar özbaşına belə göstəriş verməz, bunu yalnız "FSB"-nin, "QRU"-nun, yaxud "SVR"-in göstərişi ilə edə bilər ki, onlar da sənin birbaşa tabeliyindədir... 

Həm də axı sən adi bir rus deyilsən. Sən faktiki imperiya başçısısan, imperatorsan... Odur ki, Rusiya imperiyasının tarix boyu öz xalqına və digər xalqlara, millətlərə, dövlətlərə, o cümlədən Azərbaycan xalqına, dövlətinə qarşı törətdiyi cinayətlərin məsuliyyəti də sənin boynundadır... Bütün bunların; I Pyotr dövründəki, XXI əsrin əvvəlindəki işğalların, XX əsrin əvvəlinədək Çar Rusiyası tərəfindən törədilmiş qətliamların, repressiyaların, sürgünlərin, 1905-1906-cı, 1918-1920-ci ildəki erməni-müsəlman qırğınlarının, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin işğalının və demokratik Müsavat hökumətinin devrilməsinin, 1920-1940-cı illərdəki qətliam, repressiya, sürgün və deportasiyaların, xüsusən də “37” repressiyalarının, 1940-1950-ci illərdə aclıq və yoluxucu xəstəliklərdən baş verən ölümlərin, 1960-1980-ci illərdə respublikada pambıq əkinlərinin hədsiz artırılması, Sumqayıtda və s. neft-kimya sənayesi obyektlərinin çoxluğu ucbatından baş verən zəhərlənmə və xəstəliklərin, ekologiyamıza vurulan sağalmaz zərərlərin, 1988-1990-cı illərdə milli azadlıq hərəkatının gerçək(!) mübarizlərinə qarşı aparılmış repressiyaların, 1988-1994-cü illərdə Moskvanın fətvasıyla irqçi, faşist xislətli ermənilərin “Ermənistan” adlanan Qərbi Azərbaycandan başlanan və Qarabağda, ətraf və sərhəd rayonlarında davam edən deportasiya və qətliamların, ayrıca Rusiyanın 366-cı alayının birbaşa iştirak etdiyi Xocalı soyqırımının, 1990-cı il Qara Yanvar qətliamının, 1988-2020-ci illər boyu və bu günədək  Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünün qazmalarda, çadırlarda, yataqxanalarda, özgə qapılarında yaşadıqları əzab-əziyyətin, çəkdikləri zillətin, 1991-ci ilin 20 noyabrında Qarabağda içərisində müstəqilliyin ilk kövrək addımlarını atan müstəqil Azərbaycan dövlətinin elitasının da olduğu helikopterin vurulmasının, 1991-ci ildən bu günədək müstəqil(!) Azərbaycanda da qurulmuş və sənin məharətlə davam etdirdiyin “KQB”-FSB”-korrupsiya şəbəkəsinin xalqımıza, dövlətimizə vurduğu zərərləri, Rusiya agentura şəbəkəsinin ordumuzda törətdiyi Tərtər qətliam-işgəncə faciəsinin, eləcə də bundan əvvəlki və sonrakı digər cinayətlərin s. və i.a. üzrlərini, mənəvi və maddi kompensasiyalarını ödəyə biləcəksənmi? Xeyr. Çünki əvvəla, heç vaxt bunları etiraf etməzsən. İkincisi də, o boyda məbləğləri ödəməyə gücün yetməz... 

Yoxsa elə bilirsən, 2020-ci ilin 44 günlük Vətən savaşında guya susmaqla Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda haqq savaşına öz maraqların naminə dəstək verdiyin halda noyabrın 8-də Naxçıvanda guya “Azərbaycanın Rusiya hərbi helikopterini vurması”nı təşkil etməni, Bakıya - Xırdalana raket artdırmanı və s. kimi hiylə və manipulyasiyalarını, həmçinin 2020-2023-cü illərdə “sülhməramlı”larının Qarabağda, Laçında çıxardığı hoqqaların mahiyyətini anlamadıq? Hələ 80-90 faiz əminəm ki, 44 günlük savaş zamanı Gəncəyə, Bərdəyə və s. ballistik, kassetli kütləvi qırğın raketlərinin atılması əmrini də Ermənistan və Qarabağdakı hərbçilərinə və ya agenturana özün vermisən?.. Bundan sonra Qərbi  Azərbaycanı da, Zəngəzuru azad etməyimizə göz yumsan belə – yenə faydası olmayacaq...

Fəqət, bu dəfə Allah sənin özünə və əlaltılarına növbəti ibrət dərsi verdi... Hər şey göz qabağındadır... Sənin - Putin Rusiyasının insanlığa, xüsusən də Azərbaycana qarşı yönəlmiş növbəti cinayəti gizlətməsinin qarşısını məhz  cəsur, qəhrəman rus pilotlarımız aldı... Onlar sənin budəfəki oyununu, hiyləni havada qapdı... Arabir şeytancasına müsəlmanların qəlbinə girib bir sıra sadəlöhv dindaşlarımızın dəstəyini qazanmaq üçün sitat gətirdiyin Qurani-Kərimdə əbəs yerə deyilmir: 

“Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır...”  (Ali İmran surəsi, 54-cü ayə).

İnşəAllah, tezliklə indiyədək beyinlərini “yumağ”a nail olduğun rusların əksəriyyəti də gerçəyi anlayıb ayağa qalxacaq... Hələlik isə səni - Putini lider kimi qəbul edən ruslar, həmçinin digər ölkələrdəki belə məxluqlar ölüdürlər - sadəcə, bunu dərk etmirlər... Onlar bunu dərk edəndə artıq sənin özünü zorla nəinki başında olduğun xalqa,  postsovet, postsosialist məkanındakı digər xalqlara da “xilaskar” kimi sırıyıb “Avrasiya İttifaqı” və yaxud digər ad altında yeni imperiya qurmaq cəhdlərin tam puç olacaq... Artıq Ukraynaya təcavüzündən öncə hiyləgərcəsinə “müttəfiqlik” haqda saziş imzaladığın Azərbaycan xalqına da güc, hədə-qorxu, şantaj yoluyla özünü sevdirib İttifaq qura bilməyəcəksən! Çünki bu dəfə Allah, dediyim kimi, sənin, Kremldəki və xaricdəki vicdansız əlaltılarının cinayət kartlarını apaçıq ortalığa qoydu... Bundan sonra nə edəcəksən? Zorla özünü gürcülər, ermənilər kimi Azərbaycan xalqına da lider kimi sırımağa çalışacaqsan? Yoxsa bizlərə qarşı da “denasifikasıya”, “demılitarizasiya” həyata keçirəcəksən, təzədən “37” repressiyaları keçirəcəksən? Bilirik, buralardakı agenturanın, “5-ci kalon”unun Rusiyanın imperiyapərəst, şovinist dövlət sisteminə(bütövlükdə rus xalqına qarşı deyil) qarşı mediada, sosial şəbəkədə çıxış edənlərimizin siyahısını çoxdan tutub. Lap tutaq ki, 100, lap min fəalımızı – məni, səni, onu gizli yollarla, fitnə-fəsadla güllələtdin, zəhərlətdin, şərlədib tutdurdun və s.  Bəs sonra, onları, bizləri- milyonları nə edəcəksən? Birimizin yerinə minimiz, minimizin yerinə milyonumuz çıxacaq... Elə bu son faciə zamanı uçaqdakı insanların xeylisinin salamat qalması da göstərdi ki, sən bizim sonumuza çıxa bilməyəcəksən... Allah eləməmiş, sabah sənin rejiminin, imperiyapərəst, şovinist digər Rusiya dövlət xadimlərinin əleyhinə yazdığımız, çıxış etdiyimiz üçün aramızdan birinin başından bir tük əskik olsa, özünə, ailəsinə, qohum-əqrəbasına qarşı bir təzyiq olsa, xalq bunu səndən biləcək və dərhal ayağa qalxacaq... Özü də 1988-1990-cı illərdəkindən də betər... Bircə qığılcım kifayətdir...  

Yoxsa elə bilirsən, Azərbaycanda rus dilində təhsil alan 200 minə yaxın şagird və tələbənin olması, bu minvalla da ölkədə lap maksimum 1 milyona yaxın rus və rusdilli əhalinin mövcudluğu səni bizə sevdirəcək?.. İnan ki, araşdırma aparsaq, Azərbaycandakı rus və rusdillilərin də çoxu səni nəinki sevmir, hətta sənə nifrət edir... Çünki sən axı  Rusiyanı, rusların özlərini də pis günə qoymusan... Yalnız bir faktı deyirəm, hələ 2017-ci ilin məlumatına görə, sənin hakimiyyətdə olduğun dövrdə Rusiyanın 18 mindən çox kəndi xaraba qalıb. Nəyə görə?  Sənin acgözlüyün, nefti-qazı, qızılı, almazı, uranı və s. talamağın ucbatından... Ona görə ki, sən dünyanın yeraltı, yerüstü sərvətlərinin böyük hissəsinə malik olan bir ölkənin xalqını səfil durumuna qoymusan. Amma təəssüf ki, sələflərin ermənilər kimi rusları da yüz  illərlə “böyük Rusiya”- “velikorus” şovinizmi xəstəliyinə yoluxdurublar. Sən də onları ac saxlayıb başlarını  "tarixi Rusiya torpaqlar"ını "azad etməklə" qatırsan... Və Rusiyanı, xalqını gerçəkdən sevərək sənin talançı siyasətin haqda gerçəyi deyib səni ifşa edən Politkovskayaları, Litvinenkoları,Nemtsovları, Navalnıları, Kara-Murzaları, Yaşinləri ya öldürtümüsən, ya da zindanlara basdırmısan...

Sən  ruslarlarla qardaş hesab olunan qonşu, slavyan mənşəli Ukrayna xalqının ölkəsinə heç bir əsas olmadan təcavüz edərək nəinki həmin xalqı, eyni zamanda öz xalqını da “xüsusi hərbi əməliyyat” vasitəsilə soyqırıma məruz qoyursan. Rusiyanın yüz minlərlə oğlunu mənasız yerə, öz şəxsi ambisiyaların naminə qırdırırsan... Düzdü, hələlik daha çox türk-müsəlman xalqlarının nümayəndələrini qırğına yollayırsan... Çünki ümumi səfərbərlik etməyə cəsarətin çatmır. Bəs rus xalqının hamısı səni sevirsə, nədən qorxursan? Deməli, onların da çoxu səni sevmir... Sən “37”-dəki kimi ailə üzvlərini də bir-birinə vuruşdurursan. Rusiyada sənin bu mənasız savaşına görə ata oğuldan, ana qızından  və s. şikayət edir, bir-birini tutdurur. Sən müəllimləri, yeniyetmə şagirdləri müharibəyə etiraza görə şərlədib zindana atdırırsan... 

Eşitmişəm, bu yaxınlarda yenə Bakıya gəlmək istəyirsən. Gəl, gəl, lap yaxın gəl bizə... Gəl, heç bir önləyici hazırlıq görmədən Azərbaycan xalqının arasına gir, gör sənin siyasətin, Rusiyada apardığın savaş haqda nələri deyəcəklər... 

Gəl, gəl... Amma bu dəfə ölkə başçısının malikanəsinə yox, elə Rusiya imperiyasının məkrli siyasəti ucbatından MDB paytaxtı elan etdiyin Laçından didərgin düşüb  30 ilə yaxındır yaşadığım 18 kvadrat metrlik yataqxana otağımda qonaq ol. Düşmən olsaq da, bir çayımızı iç və sənə sübut edim ki, sən nəinki bütün keçmiş İttifaq xalqlarının, o cümlədən Azərbaycan xalqının, öncə elə Rusiyanın, rus xalqının düşmənisən... Sənə sübut edim ki, yazıq indiyədək Rusiyada, Ukraynada, elə bizim təyyarədə də öldürtdüklərin deyil, sən özünsən. Get, indən belə həm bu dünyadakı, həm də o dünyadakı gününə ağla...

Əslində yerə düşdükdən sonra o təyyarənin gövdəsi ilə bərabər, həm də sənin və əlaltılarının qələmi qırıldı, Putin... 

Sən yalnız Ukrayna ilə, kollektiv Qərblə savaşda yox, postsovet məkanındakı savaşında, Gürcüstanda, Ermənistanda, həmçinin Azərbaycanda və bütün postsovet türk ölkələrindəki savaşı da uduzmaqdasan?..

Rusiyada enişinə icazə vermədiyiniz Azərbaycan təyyarəsinin Türk yurdu olan Qazaxıstanda yerə çırpılmasının və sərnişinlərinin  xeyli hissəsinin xilas olmasının və oradakı qazax qardaşlarımızın qorxmadan xilasedici işlərini görməsinin, nə qədər utopik görünsə də, bir rəmzi mənası da ondan ibarət oldu ki, həm Azərbaycan xalqının, həm də digər türk, müsəlman xalqlarının nicatı Moskvada - Kremldə yox türk-İslam birliyində -Turandadır... Lakin rusdilli, "KQB-FSB" Turanında yox, gerçək, azad türkdilli Turanda... Odur ki, indən belə səndən nicat uman olmayacaq, əksinə, sən bizlərdən nicat umacaqsan, müttəfiqliyimizi pozmamaq üçün yalvaracaqsan. Çünki Ukrayna savaşının, sanksiyaların bataqlığında batan, boğulan sənsən...

Sən hələ neft-qaz pulları hesabına  ölkə, postsovet məkanı və dünya boyu qurduğun kəşfiyyat-agentura şəbəkələrinə güvənirsən... Amma tezliklə pulları kəsilən kimi onlar da qısa müddətdə çökəcək, elə bu günlərdə Suriyada çökən şəbəkələriniz kimi...

Ona görə də, gəl, heç olmazsa, bundan sonra bütün gerçəkləri, o cümlədən təyyarəmizin faciəsi ilə olanları bağlı etiraf et, hüquqi və maddi-mənəvi borcunu ödə... Həm də birdəfəlik illərini bütün qonşular kimi, Güney Qafqaz, Gürcüstan, Ermənistan kimi Azərbaycandan da çək... 

Onu da beyninə həkk elə ki,  təyyarə faciəsinin istintaqına müdaxilə etmə, gerçəkləri malalatma.  Çünki bundan sonra uyduracağın  hər yalan özünə qarşı olacaq, Allah daha çox paxırlarının üzə çıxmasına şərait yaradacaq...

"Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir”... (Qurani-Kərim, Ali İmran, 94)

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri