Icma.az
close
up
RU
Sən demə, varlıların və kasıbların xəstəliyi fərqli olurmuş Əgər şəkərsinizsə, deməli… KONKRET

Sən demə, varlıların və kasıbların xəstəliyi fərqli olurmuş Əgər şəkərsinizsə, deməli… KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Xəstəliklərin müxtəlif törəmə səbəbləri olsa da, əksər xəstəliklər irsidir. Ümumiyyətlə irsi xəstəliklərlə bağlı fikirlər birmənalı deyil. Bəs genetik xəstəlikləri necə ayrıd edə bilərik?

Bununla bağlı Tibb Universitetinin dosenti Rəşid Mahmudov KONKRET.az-a müsahibə verib.

-Rəşid müəllim, irsi xəstəliklər deyəndə hansı xəstəliklər nəzərdə tutulur?

-İrsi keçən xəstəlikllər mövzusu uzun söhbətdir. Elə yalandan irsi deyirlər. Ona irsi demək olmaz. İrsi xəstəlik o xəstəliyə deyilir ki, onun genində, xromosomunda nəsə dəyişiklik var. Məsələn, daun xəstəliyi var. Onun 21-ci xromosomunda bir dənə amin turşusu qalığı çoxdur. Ona görə, həmin xəstəlik baş verir. İrsi xəstəliklər ayrıca xəstəlikdir. Bizim insanlar elə bilir ki, anasında zob olubsa, bu, irsi xəstəlikdir. Xeyir, bizim qidamızda yod çatmır. Bütün problemlərin başında dayanan məhz budur. Ona görə də, həmin şəxsin özündə, atasında, babasında, nəvə-nəticəsində də bu xəstəlik ola bilər. Bu, irsi deyil, suyumuzda yodun çatışmamasıdır.

-Bəs onda irsi xəstəlik nədir? Şəkər xəstəliyini irsi saymaq olarmı?

-Yox. Şəkər xəstəliyi varlıların, çox yeyənlərin xəstəliyidir. Kasıbların xəstəliyi qarın ağrısı, vərəm, ağ ciyər xəstəliyidir.

– Daun sindromundan danışdınız və dediniz ki, irsidir. Bəs autizm sindromu necə, irsi sayıla bilərmi?

-Autizm irsi xəstəlik deyil, yod çatışmamasıdır. Bunu amerikalılar 2021-ci ildə sübut ediblər. Bu elmdir və səthi yanaşmaq olmaz. Bu, illərlə tədqiq olunan məsələdir.

– Ürək-damar xəstəliklərini necə, irsi hesab etmək olarmı?

– Bu, tamamilə səhvdir, düzgün deyil. İrsi xəstəlik odur ki, onun genində olsun. Yəni həmin şəxsin xromosomunda dəyişiklik müşahidə edilsin. Əgər adamın anası ürək xəstəliyindən əziyyət çəkirsə deməli, günah onun anasındadır ki, düzgün qidalanmayıb. Əgər ürək xəstəliyindən əziyyət çəkən insanın övladı düzgün həyat tərzi keçirirsə və normal qidalanırsa, onda heç bir problem olmayacaq. Autizmdə belədir. Ata-ana sağlam və normal adamlardır. Amma övladları autizmdən əziyyət çəkir.

-Ola bilərmi ki, autizmdən əziyyət çəkən şəxsin bir neçə nəsl əvvəlki babasında bu xəstəlik olsun?

-Elə şey yoxdur. Autizm yeni xəstəlikdir. Bilirsiniz necədir? Əvəllər yod çatışırdı və bu sahədə heç bir problem yox idi. Bizim Xəzər dənizində olan yod heç yerdə yoxdur. Xəzər dənizinin suyuna mikroskopla baxsanız onun üzərində pərdə görəcəksiniz. Həmin pərdə neft tullantılarının yaratdığı pərdədir. Bu, sadəcə buxarlanmaya mane olur. Sovet dövründə Xəzərdə iki gəmi gəzirdi və neft tullantılarını təmizləyirdi. Bundan sonra dəniz suyunda normal buxarlanma yaranırdı.

-Deyirsiniz, yodsuzluq sosial bəladır. Bəs bunun qarşısı necə alınmalıdır?

– Bəli, düz qeyd edirsiniz, sosial bəladır. Bizdə autizm 2012-ci ildən sonra başlayıb kütləvi hal almağa. Təkcə bizdə deyil. Dünyanın üçdəbirində yod çatışmır. ABŞ-da, Rusiya da yodsuzluqdan əziyyət çəkir. Yodu təkcə mikroelement hesab etməyin. Nəzərə alın ki, yodsuz yaşamaq mümkün deyil. 17 ildir ki, qışqırıram, amma insanlar anlamırlar. Başı xarab uşaqlar doğulur, hamısının səbəbi yod çatışmazlığıdır.

-Rəşid müəllim, o qədər maraqlı danışırsınız ki, adam gedib yod içmək istəyir.

-Özün bilərsən. İstəyirsən iç, istəyirsən içmə. Apteklər doludur. Alimlər yodu ionlaşdırıb buraxıblar. Biri var xlor, biri də natrium xlor. Natrium xlor xörək duzudur. Xlor da mayedir. Natriumu yesən, xloru da ayrıca içsən ölərsən. Amma natrium xlor duzdur. Onu yeyəndə ölmürük. Fərqi budur.And olsun Allaha, 17 ildir qışqırıram. Görüm, bunun axırı hara gedir. Əksər ölkələrdə yod ionlaşdırılır.

-Bəs bizdə niyə yoxdur?

-Ona görə ki, onlarda ağıllı alimlər var. Hökumətin qarşısında məsələ qaldırırlar ki, suda yod çatmır, təcili tədbir görülməlidir. İçməli sular şüşə butulkalarda olmalıdır. Hələ insanların çoxu bilmir yod nədir, xlor nədir. Nəyinə lazımdır?

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri