Slovakiya səfiri Ağdamda aparılan yenidənqurma prosesini yüksək qiymətləndirib
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Slovakiya Respublikasının Azərbaycandakı səfiri Elçin Qasımov işğaldan azad edilən Ağdam şəhərində aparılan yenidənqurma işlərinin sürətini yüksək qiymətləndirib, Slovakiya ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndiyini qeyd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Elçin Qasımov sosial şəbəkə hesablarında yazıb.
“Bu gün gözəl Ağdamda biz yenidənqurma işlərinin necə sürətlə getdiyini, bir vaxtlar işğal nəticəsində xarabalığa çevrilmiş ərazilərə həyatın necə qayıtdığını öz gözləri ilə gördük”, deyə paylaşımda bildirilib.
O, Baş Qərvənddə Slovakiyanın “ağıllı kəndi” layihəsinin artıq həyata keçirildiyini qeyd edərək, bunu uğurlu ikitərəfli əməkdaşlığın bariz nümunəsi adlandırıb.
Diplomat iki ölkə arasında genişlənən əlaqələrdən qürur duyduğunu da bildirib: “Mən Slovakiya ilə Azərbaycan arasında artan tərəfdaşlıq və bunu mümkün edən komandalarla fəxr edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Oktyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















