Icma.az
close
up
RU
“Şəxsi məlumatların yayılması sosial ədalətə və uşaq hüquqlarına ziddir”

“Şəxsi məlumatların yayılması sosial ədalətə və uşaq hüquqlarına ziddir”

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Şəxsi məlumatların ictimai şəkildə işlənməsi, hətta üçüncü şəxslər tərəfindən paylaşılması belə qanunsuz hal sayılır. Bəzən uşaqların şəxsi məlumatlarının hətta valideynləri ilə belə paylaşılmaması zəruri ola bilər, nəinki sosial şəbəkələrdə yayılması".
Bu sözləri Demokrat.az-a açıqlamasınsa psixoloq Fidan Canbabazadə deyib. 
"Düşünürəm ki, bu cür xəbərlərin yayılmasına şərait yaradan qurumlar, bu prosesdə iştirak edən şəxslər mütləq məsuliyyətə cəlb edilməlidir. Əgər bu işi müəllim və ya məktəb heyəti həyata keçiribsə, onlar intizam məsuliyyəti daşımalı, lazım gələrsə, töhmət almalı, hətta müəyyən hallarda işdən azad olunmalıdırlar".
O bildirib ki, əsas diqqət uşağın psixoloji vəziyyətinə yönəlməlidir:
"Belə hallarda uşaqlar psixoloqa yönləndirilməli, məktəb yaşından etibarən onlarla fərdi və qrup şəklində maarifləndirici söhbətlər aparılmalıdır. Şagirdlər anlamalıdırlar ki, başqalarının şəxsi məlumatlarını yaymaq olmaz.
Əgər bu cür hərəkəti müəllim, məktəb rəhbərliyi və ya digər böyüklər edirsə, onlara qarşı mütləq tədbir görülməlidir".
Psixoloq deyib ki, bəzi hallarda bu davranışların arxasında psixoloji səbəblər də dayanır:
"Məsələn, bəzən insanlar emosional təsir altında və ya diqqət çəkmək məqsədilə belə addımlar ata bilirlər. Amma istənilən halda şəxsi məlumatların yayılması, xüsusilə uşaqlara aid məlumatların paylaşılması çox ciddi nəticələrə səbəb ola bilər.
Belə məlumatlar yayıldıqda uşaq psixoloji travma ala, özünə zərər vermə davranışları göstərə bilər. Buna görə də hökumət və təhsil müəssisələri bu sahədə ciddi tədbirlər görməli, uşaqların hüquqlarının qorunması istiqamətində nəzarəti gücləndirməlidirlər. Çünki şəxsi məlumatların yayılması bəzən birbaşa “buling” və ya “mobbing” forması alır və uşağın sosial mühitdə təcrid olunmasına gətirib çıxara bilir".
Qeyd edək ki, Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 nömrəli məktəbin sosial şəbəkə hesabında şagirdlərlə bağlı məlumatların toplandığı sənədin paylaşılması narazılıq yaradıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Oktyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri