Icma.az
close
up
RU
“Sən həmişə mənimləsən…”

“Sən həmişə mənimləsən…”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəhid baş leytenant  Vüsal Kazımov üçün elegiya…

Sən həmişə mənimləsən… Bu, nə yazıçı İlyas Əfəndiyevin məşhur pyesinin adıdır, nə də nakam sevgi etirafı. Bu bir şəhid atasının – filologiya elmləri doktoru, professor Kamran Kazımovun 44 günlük Vətən müharibəsində, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan yeganə oğlu Vüsalla bağlı etdiyi gündəlik paylaşımların dəyişməyən başlığıdır. 

Vüsal 2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində iqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavriat səviyyədə təhsil almışdı. Eyni zamanda, Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdindəki UGİM-in direktoru vəzifəsində çalışmışdı. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başladığı Vətən müharibəsinin əvvəlindən silaha sarıldı. Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun və Şuşanın azad edilməsində iştirak etdi. Şuşanın azad edilməsində şəhid olmuşdur. 

...Heç bilirsiniz şəhid atası ilə həmsöhbət olmaq, şəhid övladı ilə bağlı nəsə soruşmaq necə çətindir? Mən də bu çətinliyi bildiyimdən, həmişə kənar mövzulardan başlayıram. Onsuz da aydındır ki, bütün cavablar  sonda gəlib Vüsala çıxacaq. “Nurayın məktəbə getdiyini görmədi, Aynur yeni doğulmuşdu, onu heç doyunca qucağına ala bilmədi. Bilmədim, iyi burnunda qaldı, ya yox.  İş, təhsil, gündəlik qayğılar başımı elə qatdı ki, heç özüm də Vüsalımdan doya bilmədim. O mənim təkcə övladım deyildi, dostum idi, həmdəmim idi, sirdaşım idi, arxa-dayağım idi. İndi o yoxdur, elə bilirəm, kürəyimdə dağ ağırlığı var, ürəyimdən daş asılıb. İllər keçdikçə bu ağrı azalmır, bu yaram köz tutmur”. – Belə deyir şəhid atası. Mənsə heç nə demirəm, deyə bilmirəm, xəyalımdan şair Məmməd İsmayılın misraları keçir:

Açılan çiçəklər barında ölər,

Hörümçək hördüyü torunda ölər,

Alışan kösövlər qorunda ölər,

Ölsə, bal arısı balında ölər

Pərvanə işığın yolunda ölər, -

Oğul şəhid olar vətən yolunda...

Bu yaxınlarda şəhid atası – vaxtilə Lənkəran Dövlət Universitetində (LDU) birgə çalışdığımız, hazırda isə Astara Pedaqoji Kollecinin direktoru olan Kamran Kazımovla yenidən görüşdük. LDU-nun məzunu olan qəhrəman Vüsalın doğum günü ərəfəsində onunla bağlı söhbətimiz oldu.

Öyrəndik ki,  29 yaşında şəhidlik zirvəsinə ucalmış Vüsal uşaqlıqdan elcanlı, vətəncanlı olub. Hər ikisi pedaqoq olan atası və anası onun qeyrətli bir igid kimi böyüməsinə çalışıb və artıq heç bir şübhə yoxdur ki, buna layiqincə nail ola biliblər. Təsadüfi deyil ki, bu gün bütün el-oba Vüsal kimi mərd oğul dünyaya bəxş etdikləri üçün onların qarşısında baş əyir. 

Vüsalın doğulub böyüdüyü ata ocağını ziyarət edən YAP Astara Rayon Təşkilatın sədri Həbib Cəfərov və Pedaqoji Kollecinin kollektivi onun  haqqında söylənilən xatirələri dinləyib adı ilə qürur duyublar. Həbib Cəfərov deyib: “Kamran müəllimi hələ uşaq vaxtlarımda tanıyıram, olduqca səmimi, təvazökar, vətənsevər bir insandır. Oğlu Vüsalı da Vətənə bağlılıq, torpağa sədaqət ruhunda böyüdüb”.  

Şəhidin həyat yoldaşı Aysel Kazımova LDU-nun “Xarici dillər” kafedrasının müəllimidir. Vüsalın şəhadətindən sonra magistraturaya qəbul olunub, oranı fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə isə doktoranturaya daxil olub. “Məqsədim Vüsalın ruhunu uğurlarımla sevindirməkdir, dözümümlə ovundurmaqdır” – deyir. Özü isə ovuna bilmir. Sosial şəbəkələrin birindəki bir paylaşımı heç cür yadımdan çıxmır: “Getmisən, qayıtmaq yadından çıxıb” yazmışdı.

İş yoldaşı olduğumuzdan hərdən söhbətləşirik Aysel xanımla. LDU-nun şəhid məzunu, baş leytenant Vüsal Kazımovdan danışırıq. Təskinlik üçün şairlərin dili ilə: “Ölüm var ki, həyat qədər dəyərli”, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” deyirəm. Sonra bu misraları xatırlayırıq:

Övlada ananın bətni vətəndi,

Duyduğu laylanın mətni vətəndi...

Əgər o vətənin düşməni varsa,

Bir mənin yerinə beş məni varsa

Oğul şəhid olar vətən yolunda...

Ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib. Doğulduğu kənddə atasının təşəbbüsü və maddi yardımı ilə Şəhidlər xatirə parkı yaradılıb, çoxlu gül kolu, ağac əkilib, oturacaqlar qoyulub. Şəhid valideynlərinin təsəlli yeridir bu park.

Esmira İSMAYILOVA, 
filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri