Icma.az
close
up
RU
Sən, mən, bir də xatirələr ... Sevgililər günü nün tarixi, bugünü və əsl anlamı nədir?

Sən, mən, bir də xatirələr ... Sevgililər günü nün tarixi, bugünü və əsl anlamı nədir?

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fevralın 14-də dünyanın bir çox ölkəsi Sevgililər Gününü qeyd edir. Bu bayramda sevgini etiraf etmək, sevgi qeydləri vermək, həmçinin çiçəklər, şirniyyatlar və digər hədiyyələr şəklində diqqət əlamətləri göstərmək adətdir.

Sevgililər gününün maraqlı tarixi var. Bir versiyaya görə, bayram 3-cü əsrdə müqəddəs şəhid İnterama Valentin sayəsində ortaya çıxıb. Roma imperatoru II Klavdi Qotik kişilərin evlənməsini qadağan edən fərman vermişdi. Qotik düşünürdü ki, evlilik ordu üçün əsas “düşmən”dir, çünki evli əsgərlər ölkə və qələbələr haqqında deyil, ailələri haqqında düşünürdülər. Lakin o, təbəələrinin hisslərinə təsir edə bilmədi. Onlar aşiq olmağa davam etdilər. İnteramna şəhərinin yepiskopu Valentin imperatorun qəzəbindən qorxmadan köməyə gəldi. O, gizli şəkildə sevgililəri evləndirir, mübahisə edənləri barışdırır, çiçəklər verir və sevgi məktubları yazırdı. Və bir gün imperator keşişin "cinayətkar" fəaliyyətindən xəbər tutdu və onu ölümə məhkum etdi. Deyilənə görə, hökm 269-cu il fevralın 14-də icra edilib.

Rəvayətə görə, yepiskop gözünü bərpa etdiyi həbsxana müdirinin qızına qarşı hisslər keçirirmiş və ölümündən əvvəl ona sevgisini bildirən məktub yazıb və sonu: “Sənin sevgilin” sözləri ilə bitirib. 200 il sonra keşiş inancı üçün əzab çəkən bir xristian şəhidi kimi müqəddəsləşdirildi.

496-cı ildə Papa I Gelasius 14 fevralı Sevgililər Günü elan etdi.

Qərbi Avropada Sevgililər Günü 13-cü əsrdə, ABŞ-da isə 18-ci əsrdə geniş şəkildə qeyd olunmağa başladı.

Sevgililər Günü ABŞ, Kanada, Avstraliya, Argentina və bir çox Avropa ölkələrinin sakinləri arasında məşhurdur.

Cənubi Koreya və Filippində də qeyd olunur. Finlandiya xalqı üçün fevralın 14-ü "Dostlar Günü"dür ki, bu da adətən təkcə yaxınlarının əhatəsində deyil, həm də dostların əhatəsində keçirilir. Yaponiyada bu bayram “kişi” bayramı hesab olunur: qızlar öz hədiyyələrini kişilərə verirlər.

Alovun ehtiras simvolu sayılan İslandiyada fevralın 14-də tonqallar yandırılır, gənc kişilər və qadınlar bir-birinin boynuna kömür və daş taxaraq “sevgi atəşi”ni yandırmağa çalışırlar.

Sevgililər gününün qadağan olunduğu ölkələr var. Onların arasında Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, İran və s. Yerli hakimiyyət orqanları bayramın rəmzlərinin ictimai yerlərdə nümayiş etdirilməməsini, həmçinin ürəklər, kuboklar, qırmızı qızılgüllər və oyuncaq ayı kimi malların mağazalarda satılmamasını təmin edir.

Rusiyada "Sevgililər Günü"nə maraq 1990-cı illərdə yaranıb. Azərbaycana da sevgililər günü 90-cı illərin sonu gəldi.

1999-cu il idi, xatırlayıram hamı deyirdi ki, “bu gün sevgililər günüdür”... Böyük bir həyəcan var idi.

İnsanların sevdiklərini ancaq bir gün sevindirməyə çalışması düzgün deyil, əslində. Düşünün sevdiyiniz insanı il boyu düşünmürsünüz, təkcə fevralın 14 də bir gül dəstəsi, ətir və ya bir oyuncaqla təbrik edirsiniz. Bu, sevgidirmi?

Etiraf edək ki, daha sevgilər də əvvəlki kimi deyil. İnsanlar eyni zamanda 3-4 nəfərə "eşq" elan edir, birinə göndərdiyi mesajı dəyişmədən başqasına göndərirlər.

Bəzən də deyirlər ki, “bir ömrü bir nəfəri sevməklə keçirmək olmaz”... Bəlkə də düz deyirlər, nə bilim. Bircə onu bilirəm ki, sevginin günü olmur. Sevirsənsə hər gün onunsan, hər gün sənindir. Onun xoşbəxt olması üçün çalışırsan, can atırsan...

Heyif deyildimi, texnologiyanın bu qədər inkişaf etmədiyi dövrlər?! O dövrlərdə insanlar birini sevə bilir, gözləyə bilir, ona uzun-uzun məktub yaza bilirdilər.

Alternativlərin çox olduğu dövrdəki hisslər sevgi deyil, ticarətdir...

Deyirlər ki, ən qədim Valentin kartı 1477-ci ilə aiddir və Britaniya kitabxanasında tapılıb. Fransızlar "Sevgililər Günü"ndə sevgililərinə zinət əşyaları hədiyyə edir, danimarkalılar bir-birinə qurudulmuş ağ çiçəklər verirlər. Almaniyada qızlara hər hansı bir qırmızı çiçək təqdim olunur, Avstriyada yalnız qırmızı güllər.

Azərbaycanda, sözün əsl mənasında “kimin nəyə gücü çatırsa”... Bəzən sadəcə sevgi...

Sevgilərlə...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri