Icma.az
close
up
RU
“Sən mənim ömrümə gəldiyin gündən” TƏQDİMAT KONKRET

“Sən mənim ömrümə gəldiyin gündən” TƏQDİMAT KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Qüdrətoğlunun “Sən mənim ömrümə gəldiyin gündən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Şəhidlərin və qəza qurbanlarının xatirəsi anılıb

Tədbiri AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu giriş sözü ilə açaraq qonaqları salamlayıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yaradıcılığın poeziya və hüquqla vəhdəti

S.Babullaoğlu çıxışında Nadir Qüdrətoğlunun həm istedadlı şair, həm də layiqli vətəndaş olduğunu vurğulayıb. O, müəllifin poetik dilinin sadəliyini, məhəbbət şeirlərindəki ülviyyəti, vətən və torpaq həsrəti mövzusundakı dərin duyğularını yüksək qiymətləndirib.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir gənc şairin yaradıcılığındakı mövzu çoxşaxəliliyinə diqqət çəkib. O, müəllifin hüquqşünas olmasına rəğmən ədəbiyyata bağlılığını müsbət dəyərləndirib və gələcəkdə ona sərbəst şeir janrında da qələmini sınamağı tövsiyə edib.

“Vətənpərvərlik və fəlsəfi düşüncələr”

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin rəhbəri Cavid İsmayıl şairin yaradıcılığını uzun müddətdir izlədiyini bildirib. O, Nadir Qüdrətoğlunun təkcə sevgi mövzusunda deyil, həm də Qarabağ zəfəri, mənəvi dəyərlər və dövlətçilik ideyaları istiqamətindəki fəlsəfi düşüncələrini qeyd edib, onun peşəkar hüquqşünas kimi fəaliyyətinin şeirlərinə də müsbət təsir etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən şairlər və bədii qiraət ustaları Roma Xosrov və Furqani müəllifin şəxsi keyfiyyətlərindən danışaraq, kitabdan müxtəlif şeirlər səsləndiriblər. Həmçinin naşir Elman Qasımov, şairlər İlqar Türkoğlu, Nəcibə İlkin, Mələk Yazar, yazıçı Mirhicab Abdullayev və şairin əziz dostu, Səyavuş Sərxanlı irsinin yadigarı Əlibəy Sərxanlı da müəllifin yaradıcılığı barədə xoş təəssüratlarını bölüşüblər.

“Bu kitab mənim üçün böyük motivasiyadır”

Yekunda söz alan müəllif Nadir Qüdrətoğlu qonaqlara minnətdarlığını bildirib. O, ixtisasca hüquqşünas olsa da, poeziyaya marağının məktəb illərindən başladığını qeyd edib:

“Son 6 ildə böyük məsuliyyətlə ərsəyə gətirdiyim bu ilk kitabımda oxucuların ruhunu oxşamağa çalışmışam. Yazıçılar Birliyində keçirilən bu təqdimat mənim üçün sadəcə bir tədbir deyil, gələcək yaradıcılığım üçün böyük bir motivasiyadır.”

Tədbirin sonunda müəllif öz şeirlərini qiraət edib, qonaqlar üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.

Bilman İSAQ




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Dekabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri