Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

525ci qəzet Ey ömrümə əsən soyuq küləklər

525ci qəzet Ey ömrümə əsən soyuq küləklər

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şövkət ZƏRİN HOROVLU

Qoca nağılçıyam

Bu karvan sarvansızdır,

Yön alıb özbaşına.

Şair də köks ötürüb

Baxır ahıl yaşına.

Uzandıqca uzanır

Dünyanın karvan yolu,

Apardığı ağır yük

Həsrət dolu, qəm dolu.

Ruhumun yedəyində,

Gedən uçur quş kimi,

Bu yolun sirri-sehri

Açılmayıb hələ ki...

Ömür bir gün əynindən

Sürüşəcək, düşəcək,

Tanrının dərgahında

Ruhilə görüşəcək.

Ruhumun kölgəsində

Başdaşımı görürəm,

Hər kəsdən gizli özüm

Özümü dəfn edirəm.

Eh, darıxma sən könül

Nə əzəl, nə axırdı,

Ömür uydurduğumuz

Bir gecəlik nağıldı.

Ömrün nağıllarında

Azan qərib yolçuyam,

Bu yalan dünyamızda

Mən qoca nağılçıyam.

Mən yoxam

Ömrə soyuq küləklər əsir,

Boz üzlü, sərsəri, qeyzli.

Hərdən də anamın səsinə bənzər.

Həlim, kövrək

Bir otaq dolusu darıxır ürək.

Ürək də qapı-pəncərəsi bağlı

İçinə sükut təpilən

Xaraba evə bənzəyir,

Ev dolu kürlük eləyir.

Ağrı-acılarım ömrü

misra-misra sökür,

Söz-söz içimə tökür.

Bir udum suya,

Bir nəfəs havaya,

Bir zərrə ümidə möhtac kimi

İçimin boşluğunda

Yelqovantək fırlanıram,

Yaddaşımın başına dolanıram.

Ey ömrümə əsən soyuq küləklər,

Daha mən yoxam səsinizdə,

Gileyinizdə, nəğmənizdə.

Mən yoxam uzaq günlərdə,

Aylarda, illərdə.

Yoxam ayaq izlərim solan yollarda,

Gəzdiyim yoxuşlarda, yallarda

Mən yoxam özümdə,

Yoxluğumu özümdən qeyri

Kimsə bilməz,

İndi özüm-özümə ta bənzəməz.

Daha qayıtmaz o yaşıl yaz da,

O güllü donlu qız da.

Yarımçıq sevgi nağılı

Qəlbin kim sındırıb, tənha qadının,

Buludtək açılmır qaşı-qabağı.

Nədən küsüb belə kimdən inciyib?

Dəymədüşər olub ömrün bu çağı.

Ondan uzaq düşüb bəxtəvərliyi,

Dil tapıb danışıb tənhalıq ilə.

Qəhr edib bəxtinə yazılanlara,

Ovunub, barışıb tənhalıq ilə.

Baharı gecikib, ili nəhs gəlib,

Başını dərdilə qatıb beləcə.

Gecə buz bağlayıb evi, otağı

Dərdinə bürünüb yatıb beləcə.

Bir əli çiçəkli görünmür deyə,

Çəkilib sükutun dərinliyinə.

Odlu bir ürəklə sevilmir deyə,

Görən, nələr gəlir, nələr eyninə?

Xəyalda yol gedir arzularına,

Xəyalı yolların olmur axırı.

Qəlbini oxudur qırıq ney kimi,

Qadının yarımçıq sevgi nağılı.

Sənin şeirini

Duyğularım duman-çənə bürünüb,

Hələ yazmamışam sənin şeirini.

Hara baxıramsa yerin görünür,

Bir şeir verərmi sənin yerini?

Zülmət gecələrin dərinliyindən,

Kimdirsə səsinlə hey oxuyurdu,

Üstümə tökülən xatirələrdən

O gecə hər tərəf sən qoxuyurdu.

Gecələrin nəmli gözündən düşən

Yuxumu o səslə dirildirəm mən.

Sinəmə sıxdığım tənhalığımı

Hər gecə o səslə kiridirəm mən.

Ağlağan buludam, taxtı sökülü,

Gözümdən hər yana çilənirəm mən.

Bələdçiyəm indi xəyallarıma,

Səni xəyallardan dilənirəm, mən.

Xəyalımdır, hər gün dalınca gəzən,

Xəyal da tanımır indi heç məni.

Qərib bir yolçuyam dünya köçündə,

Heç bilmirəm hara çəkir köç məni.

Duyğularım duman-çənə bürünüb,

Hələ yazmamışam sənin şeirini,

Hara baxıramsa yerin görünür,

Bir şeir verərmi sənin yerini?

Darıxıram

Şəhərdə qala bilmirəm

Dağlar üçün darıxıram

Ruhuma sevgi dərdiyim,

Bağlar üçün darıxıram.

Qəribsəyib o dağ yolu,

Tər çiçəkdir sağı-solu.

Ürəyi sevgilə dolu

Çağlar üçün darıxıram.

Dörd tərəfim dolu adam,

Mən nədən tənhayam, yadam.

Boşalıbdır evim-odam,

Yoxlar üçün darıxıram.

Torpaq eşq-sevgidir atam,

Ondan keçə bilmir adam.

Şəhidliyə imza atan,

Çoxlar üçün darıxıram.

Yazan, yazıbdır buracan,

Gələn, gəldi, getdi haçan?

Qollarını mənə açan

Sağlar üçün darıxıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri