Icma.az
close
up
RU
AZƏRTAC ın təqdimat problemi KONKRET

AZƏRTAC ın təqdimat problemi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin rəsmi müraciəti dövlətçilik baxımından mühüm sənəddir. Bu cür müraciətlər ayrı-ayrı şəxslərin deyil, ali qanunverici orqanın kollektiv siyasi iradəsini ifadə edir. Məhz buna görə də belə sənədlərin təqdimatı həm forma, həm də məzmun baxımından xüsusi həssaslıq tələb edir.

Lakin AZƏRTAC kimi rəsmi dövlət informasiya agentliyinin sözügedən müraciəti hər hansı bir deputatın fotosu ilə dərc etməsi ciddi suallar doğurur. Bu, təkcə texniki və ya dizayn xətası deyil, həm də institusional kommunikasiya prinsiplərinin pozulmasıdır.

Milli Məclisin müraciəti
bir deputatın şəxsi mövqeyi deyil,
bir fraksiyanın təşəbbüsü deyil,
bütövlükdə parlamentin, dolayısı ilə dövlətin rəsmi mövqeyidir.

Belə olduğu halda, müraciətin vizual müşayiəti də bu kollektivliyi əks etdirməlidir. Parlament binasının görüntüsü, dövlət rəmzləri və ya ümumi simvolik illüstrasiya mümkün və məqbul variantlar olduğu halda, konkret bir deputatın fotosunun seçilməsi sənədin mahiyyətini təhrif edir.

Bu, təsadüfidir, yoxsa sistemli yanaşma?

Bu cür təqdimatlar istər-istəməz belə bir təəssürat yaradır:
guya müraciət konkret şəxsin təşəbbüsüdür.

Və ya Milli Məclisin kollektiv iradəsi bir deputatın simasında cəmləşib. Bəlkə də parlament institutu fərdi fiqurların kölgəsində təqdim olunur. Nə isə…

Bu, dövlət institutlarının şəxsləşdirilməsi kimi təhlükəli tendensiyaya xidmət edir. Xüsusilə rəsmi informasiya agentliyi üçün bu, yol verilə bilməz yanaşmadır.

AZƏRTAC-ın məsuliyyəti daha ağırdır. Çünki AZƏRTAC adi media qurumu deyil. O, dövlətin rəsmi informasiya mənbəyi, digər media orqanları üçün istinad nöqtəsidir, eləcə də beynəlxalq informasiya mühitində Azərbaycanın mövqeyini formalaşdırır.

Bu status AZƏRTAC-ı digər KİV-lərdən daha yüksək peşə və etik standartlara riayət etməyə məcbur edir. Burada “tərtibat xətası” kimi izahlar yetərli deyil. Çünki rəsmi mətnlərin təqdimatında detal anlayışı olmur – hər detal mesajdır.

Rəhbərlik yaxşı bilməlidir ki, Milli Məclisin müraciətinin deputat fotosu ilə təqdim edilməsi institusional etikaya ziddir, informasiya balansını pozur, dövlət orqanlarının kollegial xarakterini kölgədə qoyur.

Bu cür hallar təsadüfi səhv kimi deyil, redaksiya yanaşmasının yenidən nəzərdən keçirilməli olduğunu göstərən siqnal kimi qiymətləndirilməlidir. Dövlətçilik yalnız mətnlə deyil, təqdimatla da qorunur. Rəsmi söz rəsmi formada deyilməlidir.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see323

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see259

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see255

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see248

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see248

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see246

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see237

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see172

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see169

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see167

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see164

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see150

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see144

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri