Icma.az
close
up
RU
Sənədli filminin təqdimat mərasimi keçirilib KONKRET

Sənədli filminin təqdimat mərasimi keçirilib KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn “Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Türkiyə Evində baş tutan təqdimat mərasimində Şuşa döyüşünün iştirakçısı olan Qarabağ qaziləri, Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov, Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir İsmayılov, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Fira Cəlilova, Qan Donorları Assosiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərov, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov və media mənsubları iştirak ediblər.

Açılış çıxışı ilə qonaqları salamlayan millət vəkili Tənzilə Rüstəmxanlı belə sənədli filmlərin tariximiz üçün önəmindən bəhs edib. Qarabağ qəhrəmanlarının hər birinin həyat hekayəsinin önəmli olduğunu vurğulayan Tənzilə Rüstəmxanlı bu qəbildən olan filmlərin gələcək nəsillər üçün vacib olduğunu qeyd edib:

“Bu qələbə Azərbaycan xalqının Türk dünyasına qazandırdığı ən böyük zəfərlərdən biridir. Qısa bir müddət ərzində belə zəfər qazanmaq nadir rast gəlinən tarixi hadisədir. Belə tarixi zəfəri, qəhrəmanlığı təcəssüm etdirən bu film böyük təsir gücünə malikdir”.

Layihə rəhbəri Aqil Ələsgər filmin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində hazırlandığını bildirib:

“Ekran işi Şuşanın azad olunmasında şücaət göstərən qəhrəmanların hekayələri və Azərbaycan hərb tarixinə misli görünməmiş qəhrəmanlıq salnaməsi kimi həkk olunan tarixi zəfərdən bəhs edir. Filmin əsas qayəsi Şuşa döyüşlərinin qəhrəmanlarını gənc nəslə tanıtmaqdan ibarətdir”.

Daha sonra filmin təqdimatı keçirilib. Film nümayişindən sonra “Zəfər salnaməsi – Şuşa qəhrəmanlarının dastanı” sənədli filmi ətrafında müzakirələr başlayıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Seyfur Hacımuradov filmin böyük təsir gücünə malik olduğunu bildirib:

“Digər natiqlərin söylədiyi kimi, mən də filmin təsiri altındayam. Biz Gənclər Fondu olaraq müxtəlif fərdi layihələrin icrasına dəstək göstəririk. “Konstitusiya və Suverenlik İli” çərçivəsində qrant layihəsi elan etdik və yaxşı haldır ki, qaliblərdən biri də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi oldu. Onu da qeyd edim ki, Aqil bəyin yazdığı layihələr hər zaman unikallığı ilə seçilib”.

Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova qazanılan tarixi zəfərimiz və Şuşa döyüşləri qəhrəmanlarının gənc nəslə tanıdılması baxımından filmin böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Lazımi texniki avadanlıq olmadan belə bir yüksək səviyyədə filmin ərsəyə gətirilməsi özü bir qəhrəmanlıqdır. Gələcək nəsillər bu filmə baxdıqca, Şuşada döyüş yolu keçən və qəhrəmanlıq göstərən igid oğullarımızla fəxr edəcəklər”.

Qarabağ qaziləri də təəssüratlarını bölüşüblər. Şuşa qəhrəmanları Elşən Əliyev, Vüqar Mənəfov, Qasım Qasımov, Emir Əşrəfli və digərləri Şuşa döyüşlərinin qəhrəmanlarının yeni nəslə tanıdılmasında, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində filmin böyük önəm daşıdığını söyləyiblər. Qeyd ediblər ki, yüksək təsir gücünə malik olan bu cür filmlərin ekranlaşdırılması alqışa layiqdir.

Sonda filmin ərsəyə gəlməsində xidmətləri olan Qarabağ qaziləri “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən xüsusi mükafat ilə mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri