Icma.az
close
up
RU
Sən mənim nəğməmsən...

Sən mənim nəğməmsən...

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müslüm Maqomayevin doğum gününə

Hər qəlbin özünə yaxın melodiyası olur. Sevincli, kədərli anlarında, özü ilə baş-başa qalanda zümzümə etdiyi,  səssiz, sözsüz mahnısı. Mənim üçün o melodiya, o mahnı Müslüm Maqomayevin “Dəniz”i, “Mavi əbədiyyət”idir.  Dəniz kənarında doğulduğumdanmı, dənizə hədsiz vurğunluğumdanmı, Müslümün səsinin cazibəsindənmi, hər nədirsə,  o melodiya həmişə içimdədir, zümzüməmdədir, təkrar-təkrar dinlədiyim, sehrindən doymadığım əbədi nəğməmdir. Bilmirəm, bu müqayisəm nə qədər yerinə düşür, Üzeyirbəy Hacıbəyovun “Koroğlu” operasındakı uvertüranı, “Cəngi”ni, “Misri”ni  dinləyəndə hansı coşqunu hiss edirəmsə, “Dəniz”də də o təlatümlü həyəcanı yaşayıram. Bu mahnını çox ifalarda dinləsəm də, heç biri Müslüm Maqomayevin yerini vermir. Təkrarsız ifadır, ilahi səsdir Müslümünkü. M. Maqomayev bir ustad sənətkar kimi “Mavi əbədiyyət”ə əbədiyyət möhürü vurub. İlk gənclik illərindən ömrünün son günlərinə kimi ifa etdiyi bütün mahnılarına ürəyindən bir parça bağışlayıb, hərarət qatıb. M. Maqomayev sənətinin cazibə qüvvəsinin səbəbi də budur məncə.

Müslüm Maqomayev rus estrada səhnəsində  elə bir vaxtda göründü ki, həmin vaxtda tanınmaq zor iş idi. O vaxtkı SSRİ-də musiqi, estrada sənəti çiçəklənmə dövrünü yaşayırdı. Elə dünyada da sanki bir musiqili intibah başlanmışdı. Mən o populyar ifaçıların heç birinin adını çəkmək istəmirəm, bizim nəsil onları adsız da tanıyır. Və həmin nəslin ən uğurlusu olmağı bacardı Müslüm Maqomayev. Bu gün sosial şəbəkələrdə, xüsusən feysbukda  bu təkrarsız müğənni ilə bağlı paylaşımların çox olmasına düzü, sevinmək lazımdır. Çünki  sənətkar xatırlanırsa, deməli, zaman-məkan sərhəddini, ölüm səddini aşa bilib. Müslüm Maqomayevin ruhu bu gün də  mahnılarının qanadında paralel dünyaların orbitində dövr edir, tanrının ona bəxş etdiyi ilahi səsin, ecazkar sənətinin sayəsində  yaşarıdır, canlıdır.

Kənddə doğulub, kənddə böyümüşəm, musiqi təhsili almaq imkanım da olmayıb. Amma içimdə özümün yaratdığım, qurduğum nəğməli dünyam olub və o dünyanın ən sevilən sənətçisi də mənim üçün Müslüm Maqomayev idi. Etiraf edim ki, evdəkilərə Müslüm Maqomayevi dinləmək heç vaxt maraqlı olmayıb, oxuyanda başqa kanala çeviriblər, ürəkdolusu Zeynəb Xanlarovaya baxıblar. O vaxt indiki kimi kanal bolluğu deyildi,  hər otaqda da bir televizor yox idi.  Müslümün konsertləri adətən Moskva kanallarında yayımlanırdı, bütün vacib konsertlərdə yeri vardı.  O vaxt sevdiyimiz ifaçıların ötürdüyümüz  konsertlərinə  təkrar baxmaq imkanımız yox idi. Bu gün isə Müslüm Maqomayevin ilk gənclik illərindən tutmuş ömrünün son günlərinə kimi oxuduğu bütün mahnıları təkrar-təkrar dinləmək, musiqili irsini izləmək imkanımız var.

 Ötən əsrin 80-ci illərinin rus mətbuatının yazdığına görə  keçirilən sorğu zamanı gənclər Müslüm Maqomayevin konsertinə düşə bilməyi xoşbəxtlik sayıblar. Bu xoşbəxtliyi mən də arzulamışam, amma çox təəssüf ki, bu ecazkar səsi  canlı dinləmək qismətimdə olmadı. 

 “Şah İsmayıl”, “Sonuncu akkord”, “Mavi əbədilik”, Pyotr Çaykovskinin “Yevgeniy Onegin”, Cüzeppe Verdinin “Riqoletto”, Şarl Qunonun “Faust”, Aleksey Majukovun “Arzular, arzular”, Polad Bülbüloğlunun “Bakı haqqında mahnı”,  “Azərbaycan”, Qambardellanın “Dənizçi”, Tostinin “Marekyare”, Kurtisin “Gecə nəğməsi”, İtalyan partizanlarının mahnısı, “Əlvida, sevgilim”, Vano Muradellinin “Buhenvald harayı” və s. nəğmələrin təkarsız ifaçısı  musiqi tariximizdə əbədi yaşayacaq.

Müslüm Maqomayev sağ olsaydı 83 yaşını qeyd edəcəkdik. Doğum gününə ithafladığım bu yazını yazdıran tələbə yoldaşım Afaq Vasifqızının səhər-səhər votçapda paylaşdığı, sevərək dinlədiyim “Tı moya melodiya” (“Sən mənim nəğməmsən”) mahnısı oldu...

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri