Icma.az
close
up
RU
Çörçill niyə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb? Etibar Əliyevin YAZISI

Çörçill niyə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb? Etibar Əliyevin YAZISI

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi tarixinə diqqət etdikdə bir neçə laureatda kənara çıxma faktı ilə rastlaşırıq. Məsələn, mükafat 1902-ci ildə tarixçi Teodor Mommzenə, 1926-cı ildə filosof Anri Berqsona, 1950-ci ildə riyaziyyatçı, filosof Bertran Rasselə, 1953-cü ildə isə Uinston Çörçillə verilmişdir. Çörçillin Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi birmənalı qarşılanmır. Onun haqqında ən mükəmməl “Bioqrafiya”nı Riçard Lenqvort yazıb. Kitab 1295 səhifədən ibarətdir. Həmin kitabdan: “Mənim yazdığım bioqrafiyada 350.000 söz Çörçillə məxsusdur. Lakin bu rəqəm onun kitabları, çıxışları, məqalələri, məktublarında dərc olunmuş 15 milyon sözün cəmi 0,2 faizini təşkil edir. Bu kitabda onun dostları, kolleqaları, bioqraflarının yazdığı 35 milyon sözə də istinad olunub”.

Bu nəhəng şəxsiyyətin həyat tərzi necə olub? Çörçill hər səhər saat 8-də oyanır və gün ərzində ilk vannasını qəbul edirdi. O, temperaturu 36,6 dərəcə Selsi olan suya girir və getdikcə temperaturu 40 dərəcəyə qaldırırdı. Vannanın təravətindən sonra o, növbəti iki saatı mütaliəyə sərf edirdi. Sonra gündəlik poçta baxır, əsasən, siyasi vəzifəsi ilə əlaqədar məktublara cavab verirdi. Çörçill günortaya yaxın işdən başını qaldırıb həyat yoldaşını salamlayırdı – o, bütün həyatı boyu inanırdı ki, xoşbəxt evliliyin sirri ər-arvadın günortadan tez görüşməməsindədir. Sonra o, əlində olan hər hansı yazılı layihə üzrə işini davam etdirirdi – ya məqalə yazırdı, ya nitq, ya da kitab. Günorta yazı işinin böyük hissəsini tamamlayır və nahar etmək üçün fasilə verirdi. Nahardan sonra Çartvell ətrafındakı malikanəsində gəzintiyə çıxırdı. Burada o, qu quşlarını və balıqları yemləyirdi. Bu, onun üçün günün ən mühüm və xoş hissəsi idi. Sonra o, artırmada oturur, təmiz hava qəbul edərək düşüncələrə dalırdı. İlham almaq və tam sakit olmaq üçün öz-özünə şeir də oxuyurdu. Günorta saat 3-də iki saatlıq yuxu vaxtı idi. Axşam saat 8-də isə rəsmi şam yeməyi başlayırdı. Şam yeməyindən və içki qəbul etdikdən sonra o, yatağa getməmişdən əvvəl bir qədər də yazı ilə məşğul olurdu.

Çörçill impulsiv adam kimi kart oynamağı sevirdi və bəzən üzərinə lazımsız işlər götürürdü. Bir dəfə o, özünü 20.000 funtluq yük daşıyan donuz şəklində təsvir etmişdi. Ona bu karikaturu çəkməyə müharibə dövründə vəzifələrini yorulmadan yerinə yetirməsi deyil, öz zəifliklərinə düşkünlüyü ilham vermişdi.


1920-ci illərin ortalarında Çörçill dövlət xəzinədarı – kansler kimi xidmət edirdi. O, eyni zamanda müharibə xatirələri ilə bağlı “Dünya böhranı” adlı 3 min səhifədən ibarət altıcildlik əsərin yazılması haqqında müqavilə də imzalamışdı. Ətrafdakı insanlar onun çiyinlərində necə ağır bir məsuliyyətin olduğunu görür, onun fiziki və mənəvi qüvvəsinin tamamilə tükənəcəyindən qorxurdular.

Beləliklə, Çörçill uyğun bir istirahət üsulu tapdı: kərpic hörmək. Məhlulun hazırlanması, malalama və kərpiclərin hörülməsindən ibarət olan bu yavaş, metodik proses onun çox xoşuna gəlmişdi. Digər məşğuliyyətlərdən – yazıçılıq və siyasətdən fərqli olaraq, kərpic hörmək onun fiziki qüvvəsini əlindən almırdı, əksinə onu enerji ilə doldururdu. Çörçill bir saat ərzində 90-dan çox kərpic hörə bilirdi. O, 1927-ci ildə Baş nazirə yazırdı: “Mən kottec tikmək və kitab diktə etməklə çox gözəl bir ay keçirdim: gündə 20 kərpic və 2000 söz”.

Gələcəkdə isə onu 55 il parlamentdə, 39 il nazir, 9 il Baş nazir kürsüsündə işlər gözləyirdi. O, heç kimin görə bilmədiyi və görə bilməyəcəyi işləri gördü. Hamını Hitlerin qorxusu bürümüşdü, təkcə Çörçill qorxmurdu.

Onun hələ 1930-cu illərdə yazmağa başladığı dördcildlik «İngilisdilli xalqların tarixi» əsəri 1956–58-ci illərdə işıq üzü görmüşdür.

İkinci Dünya müharibəsində Çörçill İngiltərədə indi də məşhur olan kəlamla xalqa müraciət etmişdi: «Biz öz adamızı nəyin bahasına olursa olsun qoruyacağıq. Biz sahilboyu, aerodromlarda, meydanlarda, küçələrdə, dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq».

Britaniya xalqını düşmənə qarşı mübarizəyə qaldırmaq yolunda İkinci Dünya müharibəsi illərində oynadığı böyük rolu təvazökarlıqla inkar edirdi: «Burada mənim heç bir xüsusi xidmətim yoxdur. O, bütünlüklə nümayəndələri və törəmələri dünyanın hər bir guşəsində yaşayan bizim böyük millətimizə məxsusdur. Onların sinəsində şir ürəyi alovlanır, mənim bəxtimə isə yalnız şir kimi nərildəmək düşmüşdür».

Müharibə illərində Çörçill həftədə 110 saat işləyirdi və nadir hallarda dincəlirdi. Təkcə 1940–43-cü illərdə o, hava, dəniz və quru nəqliyyatı ilə 110.000 mil məsafə qət etmişdi. Müharibə vaxtı deyirdilər ki, Çörçillin “iş qrafiki meşə yanğınından bir az qısa, dincliyi isə qasırğadan bir qədər zəifdir”.

1953-cü ildə Uinston Çörçill «yüksək ustalıqla yazdığı tarixi və bioqrafik xarakterli əsərlərinə və ali insani dəyərləri qorumağa xidmət edən natiqlik sənətinə görə» Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Təqdimetmə mərasimində İsveç Akademiyasının üzvü P. Sivers çıxışında demişdir: «Çörçillin ədəbi və siyasi nailiyyəti o qədər genişdir ki, onu ancaq Sezar və Siseronla müqayisə etmək olar».

Əgər Çörçill bəşəriyyətin yaddaşında XX əsrin ən görkəmli siyasətçisi kimi həkk olunmasaydı belə, son dərəcə istedadlı yazıçı, publisist və tarixçi kimi ölümsüzlüyə layiq görülərdi. Lakin əgər dövlətçilik və ədəbiyyat sahəsində ona tarixin salnaməsində bu qədər görkəmli yer ayrılmasaydı belə, 1960-cı ildə Kembric Universitetində əsasını qoyduğu Çörçill Kolleci kimi gözəl abidə üçün gələcək nəsillər onu mütləq minnətdarlıqla xatırlayacaqdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri