Icma.az
close
up
RU
Sənan Qurbanov: “Ad “Neftçi”dirsə, prioritet üç xaldır”

Sənan Qurbanov: “Ad “Neftçi”dirsə, prioritet üç xaldır”

Icma.az, Apasport saytına istinadən bildirir.

Misli Premyer Liqasının XIII turunun "Turan Tovuz" - "Neftçi" matçından (0:0) sonra qonaqların köməkçi məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Tovuz səfəri çox çətin keçir. İddialı klubdurlar. Turnir cədvəlində olduqları yer də bunu göstərir. Qısa vaxtda çalışdıq ki, komandanı onlara qarşı hazır edək. “Turan Tovuz” mübarizəli oyunu sevir. Belə olacağını da bilirdik. İki gün məşq edə bildik. Futbolçular həm müdafiədə, həm hücumda nələrsə etməyə çalışdı. Bura qələbə üçün gəlmişdik. Ad “Neftçi”dirsə, prioritet üç xaldır. Komanda işinə belə ciddi yanaşsa, uğurlar uzaqda deyil".

– Bu gün qələbə olsaydı, komandanın baş məşqçisi olmaq üçün vizit kartınız olardı?
– Hazırda akademiyanın koordinatoruyam. Həm orda, həm də əsas komandada məşq keçmək fəxrdir. Qərarı rəhbərlik verir. “Neftçi”yə faydalı ola bilərəmsə, nə yaxşı.

– Komandada qısa müddətdə nəyi dəyişə bildiniz, nəyi yox?
– Müdafiədə daha ciddi oynamağa çalışırdıq. Samir Abasov yaxşı komanda qurub. Bu kollektiv daha yaxşı yerlərdə olmağa layiqdir.

– Bugünkü nəticəni qənaətbəxş hesab edirsiniz?
– Turnir cədvəlində vəziyyət elədir ki, qələbə komandanı irəli pillələrə apara bilər. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çətin rəqiblər var. Mübarizənin keyfiyyəti daha da artsa, yaxşı olacaq.

– Özünüzü oyuna necə hazırladınız?
– Burda acı məğlubiyyətdən sonra işimdən ayrılmışdım. Tovuz səfəri çətin olur. Burda həm özümü, həm komandamı hazırlamağa çalışdım. Məğlub olmamaq və qələbə üçün özümüzü hazırladıq. Soyuqbaşa oyunu yenidən təhlil edəcəyik. Düşünürəm ki, komanda pis çıxış etmədi.

– Qısa müddətdə olsa da, Abubakara məşq keçdiniz…
– Abubakar peşəkar oyunçudur. İşinə ciddi yanaşır. Özüylə son gündə də danışdım, dedim işinə belə yanaşmağın, ürəklə çalışmağın gənclərə nümunədir. Çox intizamlı biridir. Belə karyeranın sahibi belə yol keçməlidir. Abubakar “Neftçi” üçün böyük qazancdır.

– Abasov son müsahibəsində demişdi ki, Premyer Liqada davamlı olmaq üçün adamın olmalıdır…
– Samir Abasov komandanı çempion edib. Ona adam lazım deyil, özünü sübut edib. Məşqçini önə gətirən qazandıqlarıdır.

– “Neftçi”nin tam hədəfinin ölkə kubokunu qazanmaq olduğunu demək olar?
– “Neftçi” hər yarışda çempionluq üçün mübarizə aparır. Heyətimizdə titulları olan futbolçular var. Kuboku iki dəfə qazanmışam. Qarşıda “Zirə” ilə çətin matç gözləyir. Sabahdan hazırlaşacağıq.

– Gənc futbolçulara şans verməməyinizə nə mane oldu?
– Qısa zamanda qlobal dəyişikliklər etmək düzgün olmaz. Komandanı anidən stressə sala bilmərəm. Rza, Ağadadaş, Murad perspektivli oyunçulardır. Onlar yetərincə şans qazanırlar. Bu futbolçular meydana çıxıb, komandaya kömək edə biləcək futbolçulardır.

– “Zirə” ilə oyuna komandanı siz çıxaracaqsınız?
– Bilmirəm. Onsuz akademiyada işləyirəm. Nə desələr, etməyə hazıram. “Neftçi”də olmaqdan qürur duyuram.

– Sizcə, sizinlə müqavilə imzalamağa nə mane olur?
– Bilmirəm nə cavab verib. “Neftçi”də daim uğur qazanmalısan. Qorxmuram, çəkinmirəm. Təklif olsa, məmnuniyyətlə. İşi sevirəm və bundan zövq alıram. “Neftçi” bütün şəraiti yaradıb. Təklif olsa, qorxmadan öhdəsindən gəlmək olar.

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları açıqlanıb Millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxır Günün oyunları bu kanallarda Azərbaycan UEFA reytinqində bir pillə geriləyib Tedeskodan derbi açıqlaması: "Söz verirəm ki..."
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Noyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri