Qurban Qurbanov “Neftçi”dən ad günü hədiyyəsi gözləyir! nə qəribə təsadüf…
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Aprelin 11-də “Səbail”i mövsümdə 3-cü dəfə darmadağın edən “Qarabağ” ən yaxın izləyicisi “Zirə” ilə xal fərqini 18-ə çatdırdı. Bu gün isə “qartallar” “Neftçi”nin qonağı olacaq. Onlar uduzacağı təqdirdə son 6 turun nəticəsindən asılı olmayaraq, “Qarabağ” ardıcıl 4-cü, tarixindəki 12-ci çempionluğu bayram edəcək.
Və daha bir maraqlı məqam… Bu gün Qurban Qurbanov 53 yaşını tamamlayır. “Neftçi” bəlkə də istəmədən əzəli-əbədi rəqibinin doğum gününə ən yaxı hədiyyə verə, onu çempion edə bilər.
Təbii ki, Rəşad Qasımov buna imkan verməməyə çalışacaq. Axı mümkün məğlubiyyət “Zirə”nin mövqeyini ciddi şəkildə laxladacaq. “Kəpəz”in qonağı olan “Araz-Naxçıvan” qələbə qazansa, “qartallar”la xal fərqini 1-ə endirəcək.
Bir sözlə, bugünkü “Neftçi” – “Zirə” oyununu həvəslə gözləməyə dəyər. O qədər səbəb var ki...
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















