Icma.az
close
up
RU
Senatdan Trampa İrana müharibə ilə bağlı “yaşıl işıq”

Senatdan Trampa İrana müharibə ilə bağlı “yaşıl işıq”

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Senatı, Prezident Donald Trampın İrana hücumları üçün Konqresin təsdiqini tələb edən "müharibə səlahiyyətləri" qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verərək, onun yolunu açmaq üçün bir addım atıb. 

Ölkə.az xəbər verir ki, ABŞ Senatında keçirilən səsvermədə 47 senator qanun layihəsinin əleyhinə, 50 senator isə onun qəbul edilməsinin lehinə səs verib.

Beləliklə, Trampın İrana qarşı hərbi güc tətbiqini Konqresin təsdiqindən asılı edəcək "müharibə səlahiyyətləri" qanun layihəsi səsvermədə yeddinci dəfə qəbul edilib.

Respublikaçı senatorlar Rand Paul, Syuzan Kollins və Liza Murkovski əvvəlki altı səsvermədə olduğu kimi, qanun layihəsinə "hə" deyiblər. Bu dəfə isə respublikaçı senator Bill Kassidi də əvvəlki səsvermələrdən fərqli olaraq qanun layihəsini dəstəkləyib. 

ABŞ mediasına danışan Nümayəndələr Palatasının bəzi üzvləri oxşar müharibə səlahiyyətləri qanun layihəsinin bu gün səsverməyə çıxarılacağını gözlədiklərini bildiriblər.

Respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının nəticəsi səbirsizliklə gözlənilir və qanun layihəsi Nümayəndələr Palatasından keçərsə, Ağ Evə göndəriləcək.

Trampın veto qoyması gözlənilən qanun layihəsi artıq ABŞ Konqresindəki respublikaçılar arasında İranla müharibənin uzadılması ilə bağlı narahatlığın əks olunması kimi qəbul edilir.
1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qanunu ABŞ prezidentinin hər hansı bir ölkəyə qarşı müharibə aparmaq qərarı barədə əvvəlcədən Konqresi məlumatlandırmasını məcburi edir.
Eyni qanun həmçinin ABŞ qüvvələrinin Konqres tərəfindən təsdiqlənməmiş istənilən münaqişədən 60 gün ərzində çıxarılmasını tələb edir.

 Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri