Senator Kelli Trampın İranla bağlı siyasətini tənqid edib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Amerikalı senator Mark Kelli bildirib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla münaqişəyə qeyri-ardıcıl yanaşma nümayiş etdirir, bu da ölkədə döyüş sursatı qıtlığına və qiymətlərin artmasına səbəb olub.
"Report" "CBS"yə istinadən xəbər verir ki, senator Vaşinqtonun addımlarının münaqişənin gərginləşməsinə rəvac verdiyini qeyd edib.
Kellinin sözlərinə görə, Tramp ABŞ-ni münaqişəyə strateji məqsəd, plan və dəqiq müddət olmadan cəlb edib. O həmçinin müharibə naziri Pit Heqseti tənqid edərək bildirib ki, nazir kütləvi zərbələrə üstünlük verib və bu da yekunda döyüş sursatı qıtlığına gətirib çıxarıb.
Senator əlavə edib ki, münaqişə nəticəsində 18 amerikalı həlak olub, ölkədə qiymətlər isə kəskin şəkildə artıb.
Bundan əlavə, Kelli belə bir fikir ifadə edib ki, Vaşinqtonun hazırkı siyasəti həm Fars körfəzi ölkələrindəki müttəfiqlərlə, həm də avropalı tərəfdaşlarla münasibətləri mürəkkəbləşdirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 03 Avqust 2026 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















