Senator Qrem: Tramp Konqresi Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna çağırır
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə dair qanun layihəsini qəbul etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, senator Lindsi Qrem bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşıb.
"Bu gün bir neçə məsələ ilə bağlı çox məhsuldar görüşdən sonra Prezident Tramp Rusiyaya qarşı aylardır üzərində senator Blümental və bir çox başqaları ilə işlədiyim sanksiyalar üzrə ikipartiyalı qanun layihəsinə yaşıl işıq yandırdı. Mən hər iki partiyanın layihənin lehinə fəal şəkildə səs verəcəyini səbirsizliklə gözləyirəm, ümid edirəm ki, bu, gələn həftənin əvvəlində baş verəcək", - deyə senator L.Qrem yazıb.
Qrem hesab edir ki, qanun layihəsi qəbul olunarsa, Trampa Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Çin, Hindistan və Braziliyaya "böyük təsir" göstərmək imkanı verəcək və onlara Rusiya neftinin alışını dayandırmaları üçün təzyiq göstərəcək.
Sözügedən qanun layihəsi 2025-ci ilin aprel ayının əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri L.Qrem və Riçard Blümental idi. Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edirdi. Qanunvericilərin təklifi Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% rüsumların tətbiqini nəzərdə tuturdu. Nümayəndələr Palatası oxşar qanun layihəsini nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 08 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















