Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Senator Sanders Trampı analiz etdi: “ABŞ tarixində çox kədərli bir an...” (VİDEO)

Senator Sanders Trampı analiz etdi: “ABŞ tarixində çox kədərli bir an...” (VİDEO)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Vermont ştatından senator Berni Sanders bildirib ki, hazırda Amerika xalqı "ABŞ tarixində çox kədərli bir anın” şahididir, çünki ABŞ prezidenti Donald Tramp reallığı təhrif edir, Ukrayna və Avropa barədə yalan danışır və aqressor ölkənin – Rusiyanın prezidenti Vladimir Putinin tərəfini tutur.  

Qaynarinfo xəbər verir ki, bu barədə Sandersin YouTube hesabında yerləşdirdiyi videoda https://www.youtube.com/watch?v=rKBM2kS6B8o deyilir.  

"Dünən biz ABŞ tarixində son dərəcə kədərli bir anın şahidi olduq. Biz gördük ki, ABŞ prezidenti Rusiya diktatoru Vladimir Putinlə birləşərək Ukraynanın müstəqilliyini və demokratiyasını sarsıtmağa çalışır.  

Açıq danışaq: Tramp bizə göstərir ki, dünyanın ən amansız diktatorlarından birini dostu, Avropadakı köhnə demokratik müttəfiqlərimizi isə düşmənləri kimi görür. O, avtoritar rejimlər və oliqarxlar üçün təhlükəsiz, amma demokratiyalar üçün olduqca təhlükəli bir dünya istəyir. Yəqin ki, təəccüblənməzsiniz, əgər desəm ki, Tramp, adət etdiyi kimi, yenə də yalan danışır”, - Sanders deyib.  

Sanders xatırladıb ki, Tramp, xüsusən də, Ukraynanın müharibəyə başladığı barədə yalan söyləyib.  

"Dünən Tramp dedi ki, guya Ukrayna müharibəyə başlayıb. Bu, doğru deyil. Rusiya Ukraynaya iki dəfə hücum edib: əvvəl 2014-cü ildə, sonra isə 2022-ci ildə. Hazırda Rusiya Ukraynanın təxminən 20%-ni işğal edib. Putinin dəhşətli işğalından sonra bir milyondan çox insan öldürülüb və ya yaralanıb.  

Rusiya hər gün Ukrayna şəhərlərini yüzlərlə raket və dronla atəşə tutur. Putinin qüvvələri dinc sakinləri qətlə yetirir və minlərlə ukraynalı uşağı oğurlayaraq onları Rusiyadakı "yenidən tərbiyə” düşərgələrinə aparır”, – deyə Sanders bildirib.  

Senator xatırladıb ki, bu vəhşiliklərə görə 2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Putinin hərbi cinayətkar kimi həbsinə order verib.  

"Bundan başqa, Tramp Ukrayna prezidenti Zelenskini diktator adlandırdı. Bu da yalandır. Zelenski azad seçkilərdə 75% səs qazanıb. Əslində, onun dəstək reytinqi Trampınkindən daha yüksəkdir”, – deyə Sanders bildirib.  

O vurğulayıb ki, amansız müharibənin ortasında Ukrayna parlamenti fəaliyyətini davam etdirir və orada azad və məhdudiyyətsiz siyasi müzakirələr aparılır.  

"Tramp bəyan etdi ki, Avropadakı müttəfiqlərimiz Putinin işğalına qarşı mübarizədə Ukraynaya dəstək vermək üçün az iş görüblər. O, ABŞ-ın Avropadan üç dəfə çox yardım göstərdiyini dedi. Lakin bu, sadəcə, növbəti bir yalandır. Əslində, Avropa Ukraynaya ABŞ-dan daha çox yardım edib”, – deyə senator bildirib.  

Sanders vurğulayıb ki, məsələ təkcə Trampın yenə yalan danışması deyil, çünki bu, artıq yenilik deyil. Əsas məsələ odur ki, ABŞ prezidenti ölkəni və əslində bütün dünyanı hansı istiqamətə aparmaq istəyir.  

"Bütün bunlar göstərir ki, o, ölkəmizi və əslində bütün dünyanı hansı yolla aparmaq istəyir. Tramp Vladimir Putinlə isti münasibət saxlayır. Bəs Putin kimdir? O, necə bir dünya qurmaq istəyir? Putin – soyuq müharibə bitdikdən sonra Rusiyanın demokratiyaya doğru irəliləyişini boğan diktatordur. Rusiya hər altı ildən bir saxta seçkilər keçirir, Putin isə guya 90% səs toplayır və hakimiyyət hətta saxtakarlığı gizlətməyə də çalışmır”, – deyə amerikalı senator bildirib.  

O, Putinin Rusiyasında söz və media azadlığının olmadığını, etirazların amansızcasına yatırıldığını, on minlərlə insanın təqib olunub həbsə atıldığını, bəzilərinin isə – Aleksey Navalnı kimi – öldürüldüyünü xatırladıb.  

Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum edəndən bəri "yüz minlərlə rusiyalı Putinin amansız rejimindən qaçıb”, lakin Kremlin başçısı ölkə üzərində nəzarətini qoruyub saxlaya bilib, çünki o, oliqarxlara sadə bir təklif edib: mənə mütləq hakimiyyət verin, mən isə sizə xalqdan nə qədər istəyirsiniz oğurlamağa icazə verəcəyəm.  

"Buna görə də iqtisadi çətinliklərlə üzləşən ölkədə rusiyalı oliqarxlar ofşor hesablarda trilyonlarla dollar gizlədiblər”, – deyə Sanders bildirib.  

"Budur, Trampın heyran olduğu Rusiya lideri. Budur, onun dəstəklədiyi Rusiya oliqarxiyası. Lakin bu, Amerika xalqının baxışı deyil. Biz bilirik və bununla qürur duyuruq ki, Amerika Birləşmiş Ştatları dünyanın ən qədim demokratiyasıdır. Biz bilirik ki, yüz minlərlə cəsur amerikalı illər boyu demokratiyanı qorumaq üçün mübarizə aparıb və həyatını itirib. Biz həmçinin bilirik ki, dünyadakı müttəfiqlərimiz avtoritarizmə deyil, demokratiyaya inanan ölkələrdir.  

Tariximizin bu həlledici anında ümid edirəm ki, hər bir amerikalı siyasi baxışlarından asılı olmayaraq demokratiyaya "bəli”, oliqarxiyaya və avtoritarizmə isə "xeyr” deyəcək”, – deyə senator Sanders yekunlaşdırıb.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri